Amerikalılar Trampı Zelenskidən daha çox diktator hesab edir

ABŞ vətənfaşları Prezident Donald Trampı Ukrayna Prezidenti Vladimir Zelenskidən daha çox diktator hesab edirlər.
Adalet.az xəbər verir ki, bu barədə “YouGov” şirkətinin 4071 amerikalı arasında keçirdiyi sorğunun nəticələrində qeyd olunub.
Bildirilib ki, rəyi soruşulanların 41 faizi Donald Trampı diktator hesab edib, 45 faiz isə bunun əksini iddia edib. 14 faiz isə fikirlərini bildirməkdə çətinlik çəkdiklərini deyib.
Sorğuda iştirak edənlərin 45 faizi Zelenskini Trampın dediyi kimi diktator hesab etməyib. 22 faiz respondent isə Trampla razı olduqlarını deyib. 33 faiz isə cavab verə bilməyib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini seçkiləri təyin etməkdən imtina etdiyi üçün diktator adlandırmışdı.
Digər Xəbərlər

Pezeşkian Amerikaya Azərbaycan türkcəsində şeirlə cavab verdi

Rusiyanın bu hava limanları bağlandı

Tramp və Putin 9 May Qələbə Gününü Moskvada qeyd edəcəklər
