21 Fevral 2025 11:20
198
HADİSƏ

Bakıda sınan ağaclar götürüldü

Bakıda qarlı və küləkli hava şəraiti səbəbindən sınan ağaclar operativ şəkildə götürülüb.

Adalet.az xəbər verir ki, paytaxtda havaların qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin digər qurumları kimi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları da gücləndirilmiş iş rejimində çalışırlar. 

Gecə saatlarında şiddətli külək nəticəsində sınmış və zədələnmiş 5 ədəd ağac birliyin mobil qrupları tərəfindən operativ şəkildə götürülüb, zədələnən budaqlar budanıb və ərazi təmizlənib.