Şaxtalı hava şəraiti bir neçə gün davam edəcək

Fevralın 20-dən başlayan şaxtalı hava şəraiti daha bir neçə gün davam edəcək.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
O qeyd edib ki, ölkədə rekord şaxta 2012-ci ilin fevralında qeydə alınıb: "Son 40 il ərzində fevral ayında ən aşağı temperatur 2012-ci ildə qeydə alınıb və fevral ayının 1-dən başlayan şaxtalı hava şəraiti 13 gün davam edib. Havanın minimal temperaturu fevralın 8-də Bakıda mənfi 11 dərəcə olub, bununla da 1969-cu ilin 9-10 fevral rekordu (9.6 dərəcə şaxta) yenilənib".
Nazim Mahmudovun sözlərinə görə, 2014-cü ilin fevralında isə şaxtalı dövr 8 gün davam edib və ən aşağı temperatur mənfi 7.6 dərəcə olub: “Sonrakı illərdə havanın minimal temperaturu 2021-ci ildə 5.5, 2017-ci ildə 3.4, 2023-cü ildə 3.1, 2024-cü ildə 2.8 dərəcə şaxta qeydə alınıb. Lakin qeyd olunan illərdə Bakıda və Abşeron yarımadasında şaxtalı dövrün davamiyyəti 1-3 gün olub. Bu il isə fevralın 20-dən başlayan şaxtalı hava şəraiti bir neçə gün davam edəcək”.
Digər Xəbərlər

Bakının bu ərazilərində evlər ucuzlaşacaq

Çevik Polis Alayı qarlı gündə çətin vəziyyətdə olanlara kömək etdi

Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb - VİDEO
