Hələ ki, işqlar sönmür...
Havaların soyuq keçdiyi günlərdə bir çox insanlar mənzilləri yaxşı qızdırlmadığına görə, elektrik sobalarından istifadə edirlər.
Ən azından ona üçün ki, " Azəristiliktəchizat" ASC evləri normal istiliklə təchiz etmir. Ya da aşağı temperaturda istilik verir və nəticədə evlər qızmır. Hansı ki, indi məlum qurum mənzildə hər kvadrat metrə görə, 30 qəpik pul tələb edir. Təbii ki, belə durumda mənzil sahibləri məcbur olub, elektrik sobalarından istifadə edirlər.
Bu isə sonda abonentlərin həddindən artıq pul ödəməsilə nəticələnir.Hələ biz elektrik şəbəkəsinin həddindən artıq yüklənməsini və eləcə də yanğın təhlükəsini demirik. Çünki bəzən soyuq havalarda şəbəkənin normadan artıq yüklənməsi yanğınla sonlanır. Bu barədə Fövqəladə Hallar Nazirliyi əhaliyə çətin hava şəraitində davamlı olaraq xəbərdarlıq edir və insanları maarifləndirir.
Buna əməl edən də var, əməl etməyən də! Amma görünən odur ki, fevralın 20- si və 21-də işıqlar söndürülməyib! Belə çıxır ki, " Azərişıq" bu qarlı günlərdə öz üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Axıra qədər belə olsa, abonentlər də məlum qurumun işindən razı qalar.
Və bir də hər bir mənzil sahibi diqqətli olmalı, elektrik şəbəkəsini normadan artıq yükləməməli, yanğın təhlükəsi yaratmamalıdır. Allah eləməmiş, yanğın baş verərsə, 112 xidmətinə zəng vurmaq lazımdır!
Emil Faiqoğlu
Digər Xəbərlər
21 Yanvar 2026 16:53
Xankəndiyə köçən sakinlərə maarifləndirmə tədbiri keçirildi
21 Yanvar 2026 12:20
“Bu isə qadının fərdi azadlığının sistemli şəkildə məhdudlaşdırılması deməkdir”
21 Yanvar 2026 11:32
"İnsanlar itlərdən qorxub küçəyə çıxa bilmirlər" - Deputat
21 Yanvar 2026 11:24
Qarlı hava qatarların hərəkətinə təsir edib?
21 Yanvar 2026 10:47
Lerikdə qarın hündürlüyü 1 metri keçib - FAKTİKİ HAVA
21 Yanvar 2026 10:04
Azərbaycanın ən bahalı qoruqları hansılardır? - QİYMƏTLƏR
21 Yanvar 2026 09:48
Bütün daşıyıcılar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir - AYNA
21 Yanvar 2026 08:25


Bakı -°C

