Qarlı yollar...

Artıq fevralın 20- dən respublikamıza və Bakıya qar yağmağa başlayıb.
Təbii ki, qar yağışı avtomobil yollarında bir çox problemlər yaradır. Və həmin gündən bir çox xidmət sahələri gücləndirilmiş iş rejimində çalışır.Amma bununla yanaşı, müxtəlif nəqliyyat vasitələrinin sürücüləri də belə qarlı havada , yollar buz bağlayanda , sürüşkən olanda daha diqqətli olmalı, birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməlidirlər.
Çünki qarlı, şaxtalı havalarda qəzaların da baş vermə ehtimalı yüksəkdir. Fevralın 21 səhər Bakının yollarında da bir çox yerdə buz bağlamışdı, amma Yol İstismar İdarələri yollara axşamdan təmizləmiş, mövcud bir çox təhlükəni vaxtında aradan qaldırmışdı. Bütün bunlarla bərabər, yenə qəza şəraiti var. Ona görə də Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis kapitanı Toğrul Nəsirli belə havalarda sürücülərə tövsiyə edir ki, nəqliyyat vasitələrində qış şinlərindən istifadə etsinlər, sürət həddini qorusunlar, ara məsafəsi saxlasınlar və heç bir sürücü digər hərəkət iştirakçısı üçün təhlükə yaratmasın.
Piyadalar da belə çətin hava şəraitində diqqətli olmalı, yolu təyin olunmuş yerdən keçməli, sutkanın qaranlıq saatlarında avtomobillərin hərəkətinə məsuliyyətlə yanaşsınlar ki, qəzalara şərait yaratmasınlar. Hələ bir neçə gün də Bakıda və ölkəmizdə qarlı hava davam edəcək. Deməli, hər bir hərəkət iştirakçısı öz üzərinə düşən məsuliyyəti bir an belə unutmamalıdır!
Emil Faiqoğlu
Digər Xəbərlər

Çevik Polis Alayı qarlı gündə çətin vəziyyətdə olanlara kömək etdi

Şaxtalı hava şəraiti bir neçə gün davam edəcək

Göygöl və Şahdağ milli parkları ağ örpəyə bürünüb - VİDEO
