"Barselona" 17 yaşlı futbolçunu transfer etmək istəyir

Fevralın 22-də Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində ən azı 602 fələstinli məhbus, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş 50 nəfər İsrail həbsxanalarından azad ediləcək.
Adalet.az TASS-a istinadən xəbər verir ki, bu barədə HƏMAS-ın məhbuslarla iş üzrə İdarəsi məlumat yayıb.
“İsraillə razılaşmanın bir hissəsi olaraq fevralın 22-də ömürlük həbsə məhkum edilmiş 50 nəfər, uzun müddətə azadlıqdan məhrum edilmiş 60 nəfər, təkrar həbs edilmiş 47 nəfər və 2023-cü il oktyabrın 7-dən sonra saxlanılmış 445 Qəzza sakini azad ediləcək”, - ofisin “Telegram” kanalında dərc olunmuş bəyanatda bildirilib.
Bu gün səhər saatlarında HƏMAS-ın şənbə günü azad ediləcək altı israilli girovun adlarını dərc etdiyi bildirilib.