Qarpızı bunlara görə yeməliyik - FAYDALARI
Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir.
Adalet.az xəbər verir ki, orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, həzmə kömək edir, qanı durulaşdırır.
Qarpız 92% su ehtiva edən meyvədir. Bu xüsusiyyəti ilə maye itkisinin qarşısını ala və bədənin ehtiyacı olan suyun bir hissəsini qarşılaya bilir.
Bu meyvənin tərkibində likopen kimi güclü antioksidantlar var və hüceyrə zədələnməsini azaltmağa, immunitet sistemini dəstəkləməyə kömək edir.
Qarpızda olan likopen, beta karoten və lutein kimi antioksidantlar bədəni xərçəngdən qoruya bilir.
A vitamini deposu olan bu meyvə dəri, diş və sümüklərin sağlam qalmasına yardımçı olur.
Bundan başqa qarpızda əzələlərin rahatlamasına kömək edən və əzələ ağrısını aradan qaldıran mineral maqnezium var.
Beləliklə qarpız:
Qan təzyiqini tənzimləməyə və təzyiqi nəzarət altında saxlamağa kömək edir.
Xroniki xəstəliklərin riskini azaldır.
Bədəndə yağ yığılmasının qarşısını alır.
Oksidləşdirici stressi azaldaraq ürəyi qoruyur.
Həzmi tənzimləyir.
Susuzluğun qarşısını alır.
Yaddaşı gücləndirir.
Əzələ ağrılarını azaldır.
Kollagen istehsalını artırır, dərini nəmləndirir.
Saç hüceyrələrini dəstəkləyir./Qafqazinfo
Digər Xəbərlər
14 Aprel 2026 16:14
Bakıda bu özəl klinikanın fəaliyyəti dayandırıldı
14 Aprel 2026 10:39
Uşaqlar üçün transplantasiya daha çətindir
14 Aprel 2026 10:37
13 donor 73 insana həyat verdi - SN açıqladı
13 Aprel 2026 16:22
Həmin uşaqlardan birinin vəziyyəti ağırdır
13 Aprel 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
13 Aprel 2026 13:04
AQTA-dan idman qidalarının qanunsuz satışı barədə XƏBƏRDARLIQ
10 Aprel 2026 19:03
Prostat xərçənginin diaqnostikasında yeni üsulun tətbiqinə başlanılıb
10 Aprel 2026 12:57


Bakı -°C

