Qarşıdakı dövrdə yol xəritəmizi müəyyənləşdirəcəyik - Hakan Fidan

Türkiyə, Azərbaycan və Özbəkistan əməkdaşlığı gücləndirmək üçün yol xəritəsi hazırlayacaq.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə deyib.
O qeyd edib ki, bugünkü iclasda üçtərəfli formatda siyasi-iqtisadi əməkdaşlığa dair imkanlar müzakirə olunacaq:
“Qarşıdakı dövrdə atacağımız konkret addımlar üçün yol xəritəmizi müəyyənləşdirəcəyik. İlk gündəm maddəsi olaraq xarici siyasət və regional əməkdaşlıq mövzusunda bizə birbaşa təsir edən məsələləri müzakirə edəcəyik. İkinci əsas müzakirə mövzusu ticarət, iqtisadiyyat, əməkdaşlığın genişləndirilməsi məsələsi təşkil edir. Türkiyənin ticarət həcmi ilbəil artmaqdadır. Bu çərçivədə Türk dünyası ilə də ticarət əlaqələrimiz genişlənir. Türk dövlətləri ilə ticarət tərəfdaşlığımızı genişləndirilməsinə, qarşılıqlı investisiyaların artırılmasına xüsusi önəm veririk.
Digər Xəbərlər

Azərbaycanın suverenliyini tanımadan Ermənistanın suverenliyindən danışmaq olmaz

"Sülh sazişi ratifikasiyadan sonra qüvvəyə minəcək" - Nazir

ABŞ-ın Rusiyanın irəliləməsinə qarşı addımı: GLSDB

İran Azərbaycanla Ermənistan arasında sülh sazişi haqqında razılaşmanı alqışlayıb

"Ərdoğanla görüşü çox mühüm nailiyyət hesab edirəm" - Paşinyan

Makron sülh sazişinin mətni üzrə razılaşmanı ALQIŞLADI

Paşinyandan müzakirəsi yekunlaşan sülh sazişi ilə bağlı AÇIQLAMA
