Qaxda qar örtüyü 45 sm olub - FAKTİKİ HAVA
Bu günə olan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, fevralın 8-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.
Qar örtüyünün hündürlüyü: Qaxda 45 sm, Ağdərədə (Ordubad) 32 sm, Şahdağda 14 sm, Xaltanda 12 sm, Göygöl, Gədəbəydə 10 sm, Qrız, Daşkəsən 8 sm, Altıağacda 7 sm, Oğuz 6 sm, Şəkidə 16 sm, Şahbuz 3 sm, Qəbələ, Zaqatala, Qobustanda 1 sm olub.
Düşən yağıntının miqdarı: Qaxda 24.0 mm, Zaqatalada 16.0 mm, Balakəndə 12.0 mm, Oğuzda 10.0 mm, Lənkəranda 11.0 mm, Astarada 9.0 mm, Gədəbəydə 8.0 mm, Ağdərədə 7.0 mm, Şəkidə 10 mm, Qəbələdə 5.0 mm, Şahbuzda 4.0 mm, Mingəçevir, Sədərək, Tərtər, İmişlidə 3.0 mm, Zərdab, Altıağac, Qobustan, Yardımlıda 2.0 mm, Beyləqan, Kürdəmir, Naftalan, Ağdam, Ordubad, Naxçıvan, Maştağada 1.0 mm-dək olub.
Külək: Şimal-qərb küləyi arabir Neftçala, Mingəçevirdə 20 m/s, Naftalan, Ceyrançöldə 18 m/s,
Bakıda və Abşeron yarımadasında arabir 27 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.5 metrə çatıb.
Duman: Naxçıvan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, Qrız, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər Lerikdə müşahidə olunub, dumanda görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3°-dək isti, Naxçıvan MR-da 5-dək° şaxta, dağlıq rayonlarda 11° şaxta, aran rayonlarında 4°-dək isti olub.
Digər Xəbərlər
28 Fevral 2026 23:10
Yeddi Azərbaycan vətəndaşı İrandan TƏXLİYƏ EDİLDİ - YENİLƏNİB
28 Fevral 2026 19:32
Ramazanın 11-ci günü - Dua, imsak və iftar vaxtı...
28 Fevral 2026 16:33
Rusiya Prezidenti Səyyad Əliyevi təltif etdi - FOTO
28 Fevral 2026 15:11
AZAL Dubay, Doha, Ciddə və Təl-Əvivə uçuşları dayandırdı
28 Fevral 2026 14:00
FHN Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirdi - VİDEO
28 Fevral 2026 13:54
İrandan keçən Bakı-Naxçıvan reysləri DAYANDIRDI
28 Fevral 2026 13:43
Vilayət Eyvazovun Yevlaxda vətəndaş qəbulu və sıra baxışı təxirə salındı
28 Fevral 2026 12:04


Bakı -°C

