Qəbələdə üç yaşlı uşaq su quyusuna düşərək öldü
Qəbələ rayonunda bədbəxt hadisə baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Vəndam kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2018-ci il təvəllüdlü Seymur Teymur oğlu Əliyev həyətdə oynayarkən su quyusuna düşüb. Nəticədə azyaşlı boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
04 May 2024 14:37