Qəbir yerləri sakinlərə pulla satılır? - İDDİA
Masazır qəsəbəsində qəbiristanlıq ərazisində boş sahələrin alınıb daha yüksək qiymətə sakinlərə qəbir yeri kimi satıldığı iddiaları səsləndirilir.
Adalet.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bu məqsədlə onlardan xeyli məbləğdə pul tələb olunur:
"Qəsəbədə torpaq çatışmazlığı onsuz da ciddi problemdir və qəbiristanlıqda boş yer tapmaq demək olar ki, mümkün deyil".
Onlar iddia edirlər ki, əraziyə nəzarət edən Pənah Məmmədov torpaqları aşağı qiymətə əldə edib daha baha qiymətə satır.
Adı qəbir yerlərinin satışı ilə bağlı hallanan Pənah Məmmədov da mövzu ilə bağlı münasibət bildirdi. O, səsləndirilən iddiaları qəbul etmədiyini və qəbiristanlığa rəsmi nəzarətin Eldar adlı şəxsə həvalə olunduğunu dedi.
Sakinlərin sözlərinə görə, köhnə kənd camaatına qəbir yerləri pulsuzdur. Amma sonradan gəlmə vətəndaşlara isə 1000-2000 manata satılır.
Məsələ ilə bağlı Masazır Bələdiyyəsindən bildirildi ki, qurumun qəbirsanlığa nəzarət üzrə şəxsi ərazidədir. Abşeron Rayon Masazır qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəhbəri Güləhməd Xəlilov faktı təsdiqlədi və qeyd etdi ki, imkanlı şəxslər tərəfindən əvvəlcədən alınan torpaq sahələrinin sakinlərə qəbir yeri kimi baha qiymətə satılması rast gəlinən hallardandır.
Mövzu ilə bağlı hüquqşünasların sözlərinə görə, qanunvericiliyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlarının ölkədə olan və ya yaşayan, habelə qaçqın statusu alan əcnəbi və ya vətəndaşlığı olmayan kimsəsiz şəxslərin dəfn olunması üçün qəbir yerləri qəbiristanlığın müdriyyəti tərəfindən ödənişsiz ayrılır.
Hüquqşünaslar qeyd edib ki, qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir./Milli.Az
Digər Xəbərlər
31 Mart 2026 11:53
Əmək müqaviləsi olanların 55 faizi Bakıda işləyir
31 Mart 2026 09:51
Bəzi dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
30 Mart 2026 13:16
Güclü yağışdan sonra paytaxtda genişmiqyaslı daxili iməcilik keçirildi - FOTOLAR
28 Mart 2026 23:56
Piyadalara su sıçradan sürücülər cəzalanacaq - VİDEO
28 Mart 2026 21:06
Kommunal xidmətlər səfərbər oldu: Yağışın fəsadları aradan qaldırılır - FOTOLAR
28 Mart 2026 17:20
Yağışın yaratdığı çətinlikləri aradan qaldırır - DYP
28 Mart 2026 15:29
Bəzi çaylardan sel keçir
28 Mart 2026 14:00


Bakı -°C

