Qərbi Azərbaycana Qayıdış prosesinin növbəti addımı:"İrəvan Qazısı"
jpg-1747905123.jpg)
Ermənilər növbəti dəfə təlaşlanıb, həyəcan keçiriblər
Adalet.az xəbər verir ki, onları təlaşa salan Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının İrəvan qazısına Bəxtiyar Nəcəfovin namizədliyi irəli sürülməsi olub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının iclasında deyib ki,
Bəxtiyar Nəcəfovun İrəvan qazısı təyin olunması səsə qoyularaq qəbul edilib.
Təbii ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna münasibəti ölkəmiz üçün yeni və tarixi hədəfləri müəyyənləşdirdi. Beləki, ölkə başçısı bütün çıxışlarında "“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır” deməsi ilə artıq bir neçə ildir ki, ədavətdən qidalanan revanşist ermənilərin yuxusunu ərşə çəkib.
"Hraparak" yazır:"Bakıda xristian kilsələrinin yeparxiyasına uyğun olan qazilərin rəhbərlik etdiyi qondarma “İrəvan qəziyyəti/müftisi” ərazi bölməsinin fəaliyyətinin bərpasına həsr olunmuş sessiya keçirilir.
Bakıda keçirilən müzakirələrdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Qazilər Şurasının üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, eləcə də millət vəkilləri iştirak ediblər.
Azərbaycan KİV-nin məlumatına görə, görüşün məqsədi əvvəllər qondarma Qərbi Azərbaycan ərazisində fəaliyyət göstərmiş tarixi dini qurumun bərpası perspektivlərini və prosedurlarını müzakirə etməkdir / Bakının uydurduğu siyasi-təbliğat süni konsepsiyası, əsasən sovet dövründə azərbaycanlıların yaşadıqları Ermənistanın indiki ərazilərinə istinad etmək üçün istifadə olunur.
Faktiki olaraq, Azərbaycan hakimiyyəti Ermənistanın ərazilərinə nəzarət etməkdə davam edir. Srağagün, yada salaq ki, həmin ölkənin diktatoru İlham Əliyev azərbaycanlıların Ermənistana təhlükəsiz və sülh yolu ilə qayıtması üçün rəsmi İrəvandan dəqiq müddət gözlədiyi ilə öyünürdü.Bu günlərdə Türkiyədə Ermənistana qayıtmaq istəyən azərbaycanlılarla bağlı konfrans təşkil olunub".
Artıq ermənilər anlayır ki, Qərbi Azərbaycana Qayıdış prosesini dayandırmaq mümkün deyil və "Qazı" məsələsi də bu prosesin bir hissəsidir.
Əntiqə Rəşid
Digər Xəbərlər

"Bakıda İƏT-ə üzv dövlətlərin anti-korrupsiya qurumlarının görüşü olacaq" - Heydər Məmmədov

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ilə bağlı yeni qərar

“ASAN ödəniş” informasiya sistemi haqqında Əsasnamə” dəyişdi
