10 Mart 2025 12:43
84
SİYASƏT

Qərbi Azərbaycana qayıdışla bağlı filmlərin çəkilməsi təklif olunur

Qərbi Azərbaycana qayıdışla bağlı məsələ 3 istiqamətdə olmalıdır. Hüquqi bazanın zənginləşdirilməsi, tarixi yaddaş formalaşdırması və bununla bağlı elmi əsaslandırma olmalıdır.

Adalet.az xəbər verir ki, bunu Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin Sədr müavini Sahib Alıyev bu gün komitənin “Qərbi Azərbaycana qayıdış prosesində QHT-lərin rolu” mövzusunda ictimai dinləməsində çıxışı zamanı deyib.

Millət vəkili həmçinin bu mövzuda bədii filmlərin çəkilməsini təklif edib:

“Auditoriyaları nəzərə alıb qısa metrajlı bədii filmlər çəkməliyik. Bu filmləri çəkmək üçün hər dəqiqəyə 500 dollar ayırmaq kifayətdir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi bu yöndə qrantlar ayıra bilər. Məsələn, Ərəb ölkələri üçün çəkilən filmin əsas sujet xətti son arzusu həmin torpaqlarda namaz qılmaq olan azərbaycanlı olmalıdır. Həmçinin Qərb ölkələri üçün də fərqli mövzuda olmalıdır”.