"Qeydə alınmış cinayətlər 100 faiz açılıb" - Hərbi Prokurorluq
"Səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında Hərbi Prokurorluqda qeydə alınmış cinayətlər 100 faiz açılıb".
Adalet.az xəbər verir ki, hunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayında Azərbaycan Respublikası Silahlı Qüvvələrində Əmri icra etməmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsi), Fərarilik (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cü maddəsi), Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350-ci maddəsi), Maşınları idarəetmə və istismar qaydalarını pozma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351-ci maddəsi), Qəsdən sağlamlığa ağır zərər vurma (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi) və Qəsdən adam öldürmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi) cinayətləri qeydə alınmayıb.
Digər Xəbərlər
14 Sentyabr 2026 18:01
"Çevik" həbs edildi
14 Sentyabr 2026 10:22
Vəkil olmaq istəyənlərin NƏZƏRİNƏ!
08 Sentyabr 2026 16:50
Anar Əsədli barəsində qərar verildi
08 Sentyabr 2026 15:08
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
28 Avqust 2026 13:32
Prokurorluqdan Ziya Muradovun ölümü ilə bağlı AÇIQLAMA
27 Avqust 2026 10:18
Ali Məhkəmə: Dövlət satınalmalarında şifahi müqavilə olmaz
25 Avqust 2026 17:26
Rasim Həsənovun azadlığa buraxılması qərarından protest verilib
24 Avqust 2026 19:00


Bakı -°C

