adalet.az header logo
  • Bakı -°C
10 Aprel 2026 09:40
78
HADİSƏ
A- A+

Qəzaya düşən sürücü belə xilas edildi - VİDEO

Sumqayıt şəhəri, Yaşma bağları adlanan ərazidə yol-nəqliyyat qəzasının baş verib, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Volvo” markalı yük avtomobilinin idarəetməni itirərək reklam lövhəsinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Sultanov Mahmud Sultan oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.