adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
07 May 2024 13:55
332
GÜNDƏM

"Qəzet satan köşklər mini marketlərə çevrilib" - Deputatdan irad

"Bu gün küçələrdə qəzet satan köşklər mini marketlərə çevrilib".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib. 

Deputat qəzet köşklərinin təyinatı üzrə istifadə olunmadığına irad bildirib: “Niyə həmin köşklər təyinatı üzrə istifadə olunmur?! Elədirsə, hamısı yığışdırılsın. Niyə bu gün xırdavat satılması üçün köşklərin qoyulmasına hamı göz yumur?!”