Qəzza sammitində kimlər iştirak edəcək? - Tam siyahı açıqlandı
Misir hökuməti bu gün Şarm əl-Şeyxdə təşkil olunacaq Sülh Sammitində iştirak edəcək liderlərin siyahısını açıqlayıb.
Adalet.az xəbər verir ki, siyahıda bir çox dövlət və hökumət başçısının, həmçinin Azərbaycan Respublikasınnı Prezidenti İlham Əliyevin adı var.
Misirin rəsmi MENA xəbər agentliyinin məlumatına görə, sammitdə bu dövlət rəsmiləri iştirak edəcək:
Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ABŞ Prezidenti Donald Tramp, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev, İordaniya Kralı II Abdullah, Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Sani, Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifə, Fələstin Dövləti başçısı Mahmud Abbas, İndoneziya Prezidenti Prabovo Subianto, Fransa Prezidenti Emmanuel Makron, Kipr Prezidenti Nikos Kristodulides.
Almaniya, İraq, Böyük Britaniya, İtaliya, İspaniya, Yunanıstan, Ermənistan, Macarıstan, Pakistan, Kanada, Norveç, Birləşmiş Ərəb Əmirlikləri və Küveytin baş nazirlər səviyyəsində iştirakı gözlənilir.
Sammitdə Omanın xarici işlər naziri Bədr əl-Busaidi, BMT-nin baş katibi Antonio Quterreş, Ərəb Liqasının baş katibi Əhməd Əbu Qeyt, Avropa Şurasının sədri Antonio Kosta, Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar və Yaponiyanın Qahirədəki səfiri Fumio İvainin də iştirak edəcəyi açıqlanıb.
Digər Xəbərlər
09 Noyabr 2025 18:00
Azərbaycanın İrandakı səfirliyində Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib
09 Noyabr 2025 14:32
Qarabağdakı inkişaf İlham Əliyevin güclü liderliyinin göstəricisidir - Ərdoğan
09 Noyabr 2025 13:45
Ermənistanla normallaşma Azərbaycanla sinxron aparılır - Ərdoğan
09 Noyabr 2025 13:20
Üçrəngli Bayrağımız dövlətçiliyimizin simvoludur
09 Noyabr 2025 13:19
“Azətbaycan Ordusu sülhün və təhlükəsizliyin qarantıdır”
09 Noyabr 2025 13:06
Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır - Prezident
09 Noyabr 2025 13:02
Türkiyə XİN-dən Bayraq Günü ilə bağlı təbrik paylaşımı
09 Noyabr 2025 09:00


Bakı -°C

