Qəzzaya humanitar giriş genişləndiriləcək

İsrail Avropa İttifaqı (Aİ) ilə konstruktiv dialoq nəticəsində Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edib.
Adalet.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün biz İsraillə Qəzzaya humanitar girişin genişləndirilməsi barədə razılığa gəldik. Bu razılaşma daha çox nəzarət-keçid məntəqələrinin açılması, Qəzzaya humanitar yardım və ərzaq daşıyan yük maşınlarının girişi, bir sıra infrastrukturun təmirini və s. nəzərdə tutur. Biz İsrailin razılaşdırılmış bütün tədbirləri həyata keçirəcəyinə ümid edirik", - K.Kallas deyib.
Təşkilatın bəyanatına görə, Aİ və İsrail genişmiqyaslı humanitar yardımın birbaşa Qəzza əhalisinə çatdırılması və bir sıra digər məsələlər barədə razılığa gəlib.
Digər Xəbərlər

Ərdoğan: Biz terror təşkilatını fəaliyyət imkanından məhrum etdik

Ərdoğandan “Terrorsuz Türkiyə” şərhi

Rusiya Polşaya nota verdi

ABŞ Dövlət Departamenti 1300-dən çox diplomatı işdən çıxarır

Ankarada FETÖ-nün maliyyə şəbəkəsinə zərbə: 16 nəfərə həbs qərarı

"Rusiya qələbəyə yaxınlaşır, Ukrayna uduzdu" - Orban

Moskva bazarında azərbaycanlılar saxlanıldı - VİDEO
