Sumqayıtda qayınatasını qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər prokurorluğundan Adaletaz-a verilən məlumata görə, araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
****09:11
Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Adalet.az Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.
Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən kürəkəni Nurullah Mərdanov saxlanılıb.
Məlumata görə, Siyəzən rayon sakini A.Bağıyev kürəkəni ilə qızı arasında yaşanan mübahisəni aydınlaşdırmaq məqsədilə Sumqayıta qonaq gəlibmiş. N.Mərdanov hadisədən əvvəl həyat yoldaşına da xəsarətlər yetirib.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər

Bakıda 10 kq narkotik dövriyyədən çıxarılıb - VİDEO

Şirvanda narkokuryerlik edən şəxs tutuldu - VİDEO

Əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Azərbaycanda 103 kriminal qrup zərərsizləşdirilib

Bu il Azərbaycanda qeydə alınan cinayətlərin sayı açıqlandı

"Vaqner"də döyüşmüş azərbaycanlılar həbs edildi - DTX-dən əməliyyat
