QHT layihəyə yekun vurdu - FOTOLAR

Yeni həyat iqtisadi-inkişaf” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun potensialının tədqiqi” layihəsinə yekun vurub.
Layihə rəhbəri Ədil Ədilzadə layihə barəsində məlumat verib. Bildirib ki, 3 ay həyata keçirilən layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun potensialı tədqiq olunub. Media və sosial şəbəkə imkanlarından istifadə olunaraq layihənin əhatə dairəsi daha da genişləndirilib.
Ə.Ədilzadə onu da bildirib ki, layihənin əsas məqamlarından biri də həyata keçiriləcək işlər ölkə hüdudlarından kənarda qurulması idi ki, bu istiqamətdə işlər aparılıb. Belə ki, Avropa və ərəb medialarında 4 yazı dərc olunub: "Polşa, Özbəkistan, Pakistan və Türkiyə KİV-lərində dərc olunan yazılarda Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın strateji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən ərazilər olduğu vurğulanıb. Bildirilib ki, 2020-ci il Vətən müharibəsində bu bölgələri Azərbaycan işğaldan azad edib. Və artıq Azərbaycan dövlətinin burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verdiyi xatırlanıb.
Məqalələrdə Qarabağ və Şərqi Zəngəzurda xarici şirkətlər üçün investisiya imkanlarıının yaradılmasından bəhs olunub. Həmçinin məqalələrdə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan–Türkiyə qardaşlığının iqtisadi təzahürü xüsusi olaraq qeyd olunub.
Layihə rəhbəri onu da bildirib ki, layihə çərçivəsində internet TV verliş də hazırlanıb ki, bu verlişdə də əsas müzakirə mövzusu Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı və bu potensialdan səmərəli istifadəyə həsr olunub.
Digər Xəbərlər
27 Avqust 2025 11:07 Naxçıvan MR-də icra olunan layihə yekunlaşdı
26 Avqust 2025 07:39 “Qərbi Azərbaycan musiqi irsinin izi ilə” layihəsi davam edir
23 Avqust 2025 12:52 "Soyqırım Həqiqətlərinin Tanıdılması" İctimai Birliyi Yasamalda tədbir keçirdi
20 Avqust 2025 10:38 “Ozan Dünyası”
15 Avqust 2025 10:18 Sosial mediada Azərbaycana qarşı təhdidlərlə mübarizə
14 Avqust 2025 17:23 Yeni kitab çap olunacaq
13 Avqust 2025 10:06 "Vətəndaş Tribunası" İctimai Birliyi Naxçıvan MR-də layihə tədbirlərinə başladı
12 Avqust 2025 12:23 

Bakı -°C 










