QHT-lərlə bağlı yeni cərimə müəyyən edilir
Qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı yeni cərimə müəyyən edilir.
Adalet.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, qeyri-hökumət təşkilatları, o cümlədən xarici qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəlikləri tərəfindən qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatının “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən müəyyən edilən nəzarət orqanına təqdim edilməməsinə, yaxud vaxtında, tam və ya düzgün təqdim edilməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda təsdiq edilib
Digər Xəbərlər
20 Oktyabr 2026 18:03
Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisi açıldı - FOTOLAR
20 Oktyabr 2026 17:45
3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
20 Oktyabr 2026 17:12
Bu yolda hərəkət məhdudlaşdırılacaq
20 Oktyabr 2026 16:21
Ramiz Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - VİDEO
20 Oktyabr 2026 16:19
"Şahinlərin Görüşü-2026" təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib
20 Oktyabr 2026 16:17
Nəsimi Musayev Ermənistanda belə həbs olundu – VİDEO
20 Oktyabr 2026 16:14
Hava kəskin dəyişir: Leysan, dolu, qar və sel xəbərdarlığı
20 Oktyabr 2026 14:33


Bakı -°C

