QHT sədri: ""Məhv edilmiş gələcək" filmi ilk olaraq əsgərlərimizə göstəriləcək"
jpg-1693304960.jpg)
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2023-cü ildə elan etdiyi qrand müsabiqəsində qalib olmuş. “Qarabağda ermənilər tərəfindən girov götürülmüş gənc qızlarımızın naməlum taleyi haqda "Məhv edilmiş gələcək" filminin çəkilməsi və dünyaya yayılması” adlı layihənin ilk təqdimat tədbiri keçirilib.
Adalet.az xəbər verir ki, layihəni Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi icra edir. Birliyin sədri Radə Abbas suallarımıza cavab olaraq bildirdi ki, MVQSYİB qalib olmuş layihəsi əsasən Ermənistan və Rusiya ordusunun Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş, girov götürülmüş insanların tanıdılması məqsədi ilə həyata keçirilir: "Layihədə önəm verilən yeniyetmə və azyaşlı qızların giröv götürülməsi, onlara işgəncə verilməsi və təcavüzə məruz qalmaları ön plana çəkilib. Layihənin icrası məqsədi ilə “Məhv edilmiş gələcək” filmi çəkilib"
-Radə xanım, filmin ilk təqdimat tədbiri harda keçirməyi nəzərdə tutmusunuz?
-Filmin təqdimat tədbirini Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində keçirməyi planlaşdırmışıq.
-Layihəniz bununla başa çatır?
- Əlbəttə ki, xeyir! Layihənin işi bununla bitmir. Biz layihənin icrası ərəfəsində şəhidlərin tanıdılması məqsədi ilə bir neçə tədbir keçirsəkdə bu tədbirlərin heç birinin layihəyə aid etmədik. 27 avqust 2023- cü il tarixində Yasamal Rayon Bələdiyyəsinin Mərasim evində Cəbrayil rayonunun Dağtumas kəndindən olan 6 nəfər itkin şəhidin və ümumilikdə Dağtumas kəndindən olan 15 şəhidin xatirə günü qeyd edildi.
Yasamal Rayon Bələdiyyəsinin maddi və mənəvi dəstəyi ilə keçirilən tədbirdə, tərəfimizdən tədbirin, layihənin məqsədi ilə bir başa üst-üstə düşdüyünü vurğuladıq. Son günlər Azərbaycan vətəndaşlarının vəhşiliklə basdırıldığı 9 toplu məzarın məhz Azərbaycanın qələbəsindən sonra aşkarlandığını qeyd edərək bu ağır dərdi çəkən şəhid analarına baş sağlığı verdik. Bu tədbir hələ də itkin şəhidinə qovuşa bilməyən, uzun illərdi yol gözləyən şəhid doğmalarına bir dəstək tədbiri kimi qiymətləndirildi.
- Tədbirin yüksək səviyyədə alınmasında birliyin üzvləri də iştirak edib. Onlar haqqında da oxucularımıza məlumat verərdiniz...
-Tədbirin təşkilatçılığında MVQSYİB-nin mətbuat xidmətinin rəhbəri İradə Qaracallı, təşkilatın sədr müavini Gülpəri Əhmədova, itkin-şəhid Şəmsi Həmidovun bacısı, təşkilatın üzvü Səkinə Həmidova yaxından iştirak etdilər. Xüsusən, Yasamal rayon Bələdiyyəsinin dəstəyini yüksək qiymətləndirdik. Onların dəstəyi ilə Yasamal rayon Bələdiyyəsinin Mərasim evində 1993-cü ildə Cəbrayıl rayonunun Dağtumas kəndində xüsusi qəhrəmanlıq gösdərərək Şəhid olmuş 6 nəfər məzarsız şəhidimizin işığına toplaşdıq onları anıldı, ailələrinə baş sağlığı verildi.
- Zəhmət deyilsə həmin şəhidlərimizin də adını xatırladardınız..
- İtkin şəhidlərimiz Həmidov Şəmsi Məhəmməd oğlu, Məmmədov Məzahir Məhəmməd oğlu, Məmmədov Səfdər Novruzoğlu, Allahquliyev Mahir Məhəmməd oğlu. İbrahimov Sərvər Rəşid oğlu, Rüsdəmov Novruz İbiş oğlu ... Bu şəhidlərimizin anım günü qeyd edildi.
Anım gününə Şəhidlərimizin ailə üzvləri, CəbrayılRayonİcra Hakimiyyəti Başçısının müavini Əbil Vəliyev, rayonun Millət vəkili Seyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, Dağtumas kənd İcra Nümayəndəsi İlqarMəmmədov, şair və publisist Yazıçılar Birliyinin üzv, Malik Əhmədoğlu, Türkiyədən gəlmiş tanınmış jurnalist Hasan Barın, Dağtumas kənd sakinləri, şəhidlərimizin döyüş yoldaşları və Cəbrayıl rayon Şəhid Ailələri Müharibə Veteranları Qarabağ Əlilləri İctimai Birliyinin sədri İxtiyar Hüseynov başda olmaqla Cəbrayıl rayon qazilərivəveteranlariiştiraketdilər. Cəbrayil rayonundan olan məktəblilər və şairlərimiz şəhidlərə həsr edilmiş şerlər söylədilər.
Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov və Bələdiyyənin Ərazi İdarəetmə şöbəsinin müdiri Rizvan Mahmudova MVQSYİB adından dərin təşəkkürümüzü bildiririk.
Anım günündə eyni zamanda Müharibə Veteranı Qadınlarına Sosila Yardım İB üzvləri, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Ceyran Əzizova, QİAİB sədri Könül Hüseynova, QHT sədri Mehriban Abdullayeva, və bir çox tanınmış şəxslər iştirak etdilər
Anım günündə Şəhidlərimizin keçdiyi döyüş yolu və əziz xatirələri qeyd edildi.
Başın sağ olsun Vətən!!!"
-Maraqlı məlumatlara görə təşəkkür edirik. Vətənpərvərlik mövzusunda layihələndirdiyiniz hər bir tədbir dövlətimiz və xalqımız üçün xeyirli-uğurlu olsun !
Əntiqə Rəşid
Digər Xəbərlər

Qızılcadan necə qorunmaq olar? - MÜSAHİBƏ

"Azərbaycanın inkişafına “Galt & Taggart” ın qeyri-ciddi münasibəti..." - İqtisadçı ilə MÜSAHİBƏ

İlham Əliyev “Euronews”a müsahibə verib - YENİLƏNİB + VİDEO

Daimi yorğunluğumuzun səbəbi nədir? - MÜSAHİBƏ

"Mavi gözlüm, sənə görə, qürur hissi keçirirəm!" - Şəhid anası ilə MÜSAHİBƏ

QİÇS-ə yoluxanları müalicə etmək mümkündürmü? - MÜSAHİBƏ

“8 ay müddətində şəhəri təhvil vermişik” - MÜSAHİBƏ
