QİÇS-ə qarşı vaksinin prototipi hazırlandı
Amerikalı molekulyar bioloqlar ilk dəfə olaraq HİV-ə (Qazanılmış İnsan İmmun Çatışmazlığı Sindromu) qarşı ilkin prototip vaksin hazırlayıblar.
Adalet.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu vaksin pasiyentin orqanizminə ilk dəfə yeridildikdən sonra immun çatışmazlığı virusunu neytrallaşdırmaq qabiliyyətinə malikdir. Peyvəndin effektivliyi primatlar üzərində aparılan təcrübələrdə uğurla sınaqdan keçirilib.
“Biz heyvanların ilk immunizasiyasından dərhal sonra kiçik, lakin nəzərəçarpacaq neytrallaşdırıcı cavab əldə etməyə nail olduq ki, bu da indiyədək heç vaxt müşahidə olunmayıb.
Adətən HİV-ə qarşı digər vaksinlər immun sisteminin fəaliyyətinə yeddi, hətta on inyeksiyadan sonra əhəmiyyətli təsir göstərməyə başlayır. Bizim yaratdığımız "WIN332" immunogeni isə buna artıq ilk mərhələdə nail olmağa imkan verir”, – deyə Vistar İnstitutunun dosenti Ameliya Eskolano bildirib./Trend
Digər Xəbərlər
10 Mart 2026 13:20
Türkiyə polisinin nümayəndələri Polis Akademiyasının kursantını ziyarət edib - FOTOLAR
10 Mart 2026 10:14
Dezinseksiya və təhlükəsizlik qaydaları - Səhiyyə Nazirliyindən xəbərdarlıq
06 Mart 2026 17:15
Həkim həyəcan təbili çalır!
03 Mart 2026 12:09


Bakı -°C

