"Qırmızı Kitab”a düşən çöl quşlarını ovlayanlar tutuldu
Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə, dövlət qoruqlarında, su hövzələrində qanunsuz quş ovu və brokonyerliyə qarşı mübarizə davam etdirilir.
Bu barədə Adalet.az-a DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, su polislərinin sərhədçilərlə birgə Lənkəranda həyata keçirdikləri sonuncu tədbir zamanı qanunsuz quş ovu ilə məşğul olan Masallı rayon sakinləri Cəmil Nuruyev, Ramil Nuruyev, Murad İsgəndərov, Orxan Kamilli və Sərdar Sadiqoğlu saxlanılıblar. Yoxlama zamanı onlardan 2 ədəd kiçik həcmli qeydiyyatı olmayan qayıq, 175 ədəd müxtəlif növ, o cümlədən adı “Qırmızı Kitab”a düşən çöl quşları, 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və 134 ədəd patron maddi sübut kimi aşkar olunaraq götürülüb.
Araşdırmalar zamanı həmin şəxslərin ovçuluq biletlərinin olmadığı da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Həmçinin, Su Nəqliyyatında Polis İdarəsindən ov mövsümünün başlanması ilə əlqədar bildirilib ki, ov qaydalarının mövcud normativlərinə əməl olunmalı və yalnız ayrılmış xüsusi ovçuluq təsərrüffatlarının sahələrindən istifadə edilməlidir. Ov etmək istəyən şəxslərə ovlanmasına icazə verilən quşların siyahısı və normaları ilə bağlı məlumatlarla tanış olmaq tövsiyə edilir. Xüsusi mühafizə olunan ərazilərdə, sanitar-mühafizə zonalarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında ov edilməsi isə qəti qadağandır. Ov qaydalarını kobud şəkildə pozan şəxslər barəsində su polisləri tərəfindən ciddi tədbirlərin görülməsi nəzərdə tutulur.
Su polisləri tərəfindən Xəzər dənizinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli balıqların qanunsuz ovlanmasının qarşısını almaq və dənizin dibi ilə çəkilən müxtəlif təyinatlı dəmir boru kəmərlərini, naqilləri oğurlayan şəxslərə qarşı da fasiləsiz mübarizə aparılır.
Digər Xəbərlər
10 Noyabr 2025 19:13
Bakıda maşın dərəyə aşdı: Ölən var - VİDEO
10 Noyabr 2025 13:18
İmişlidə hamilə qadın doğuş zamanı öldü - TƏBİB-dən açıqlama
10 Noyabr 2025 08:52
Azərbaycanda zəlzələ oldu
07 Noyabr 2025 10:44
Bakıda binanın qarajında maşın yandı - 2 nəfər tüstüdən zəhərləndi
06 Noyabr 2025 09:42
"Mərasim olsaydı, etiraf edərdik" - Goranboyda 16 yaşında nişan keçirilən qızın əmisi danışdı
06 Noyabr 2025 09:21
Yer kürəsində maqnit qasırğası başlayıb
05 Noyabr 2025 18:12
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
05 Noyabr 2025 16:40


Bakı -°C

