İmişlidə hamilə qadın doğuş zamanı öldü - TƏBİB-dən açıqlama
İmişlidə hamilə qadın ölüb.
TƏBİB-dən Adalet.az-a bildirilib ki, ötən gün saat 16:30 radələrində 1983-cü il təvəllüdlü qadın 39-40 həftəlik hamiləlik diaqnozu ilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, zəruri tibbi yardım göstərildikdən sonra o, Ginekologiya və doğum şöbəsinə yerləşdirilərək doğuş prosesinə cəlb olunub:
"Lakin doğuş prosesi başlamazdan əvvəl hamilədə arterial təzyiqin anidən yüksəlməsi müşahidə edilib. Zəruri instrumental-diaqnostik müayinələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 17:40 radələrində hamilənin və dölün bioloji ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib".
Digər Xəbərlər
06 Dekabr 2025 21:20
"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
06 Dekabr 2025 18:11
Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO
05 Dekabr 2025 17:36
Binəqədidə obyektdə partlayış oldu - VİDEO
05 Dekabr 2025 16:25
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
05 Dekabr 2025 15:34
Milli Qəhrəmanın atası vəfat etdi
05 Dekabr 2025 11:35
Dəhşətli yanğında həlak olan ana və övladlarının FOTOLARI
05 Dekabr 2025 10:49
Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
05 Dekabr 2025 09:46


Bakı -°C

