Bakıda 49 yaşlı qadın qidadan zəhərlənib öldü - YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, Naxçıvani küçəsi, ev 26, mənzil 35 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Cabbarova Qərənfil Nəcəf qızının qidadan zəhərlənməsi ilə bağlı məlumatlar təsdiqini tapmayıb.
Bu barədə Adalet.az-a AQTA-dan bildirilib.
Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti üzrə AQTA tərəfindən araşdırmalar aparılıb: "Belə ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə "Anaflaktik şok" diaqnozu ilə hospitalizasiya olunan xəstəyə göstərilən yardımlara baxmayaraq ölüm baş verib.
Xəstəxanadan verilən məlumata görə, pasiyentə adekvat təyin edilmiş və düzgün tətbiq edilmiş dərman maddəsinə patoloji reaksiya, toksik epidermal nekroliz, digər və dəqiqləşdirilməmiş dərman vasitələri, medikamentlər və bioloji maddələrlə təsir etmə, dəqiqləşdirilməmiş ürək çatışmazlığı diaqnozu qoyulub".
*** 11:01
Bakıda 49 yaşlı qadın qidadan zəhərlənərək ölüb.
Adalet.az xəbər verir ki, 1976-cı il təvəllüdlü Qərənfil Nəcəf qızı Cabbarova yaşadığı evdə qidadan zəhərlənib.
O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Digər Xəbərlər
06 Dekabr 2025 21:20
"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
06 Dekabr 2025 18:11
Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO
05 Dekabr 2025 17:36
Binəqədidə obyektdə partlayış oldu - VİDEO
05 Dekabr 2025 16:25
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
05 Dekabr 2025 15:34
Milli Qəhrəmanın atası vəfat etdi
05 Dekabr 2025 11:35
Dəhşətli yanğında həlak olan ana və övladlarının FOTOLARI
05 Dekabr 2025 10:49
Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
05 Dekabr 2025 09:46


Bakı -°C

