Ordubadda çörək sexinin fəaliyyəti dayandırıldı
Ordubadda işində nöqsanlar aşkar edilən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Adalet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Ordubad şəhərində fəaliyyət göstərən çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar müəyyən olunub.
Yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı və obyektin təmirə ehtiyacı olduğu aşkar edilib.
Aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə sahibkara müvafiq göstərişlər verilib, inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Digər Xəbərlər
06 Dekabr 2025 21:20
"Qobu Park 1"də zəhərlənənlərdən birinin vəziyyəti ağırdır
06 Dekabr 2025 18:11
Cəlilabadda baş verən yanğını polis əməkdaşları söndürdü - FOTO
05 Dekabr 2025 17:36
Binəqədidə obyektdə partlayış oldu - VİDEO
05 Dekabr 2025 16:25
Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə - 12 nəfər...
05 Dekabr 2025 15:34
Milli Qəhrəmanın atası vəfat etdi
05 Dekabr 2025 11:35
Dəhşətli yanğında həlak olan ana və övladlarının FOTOLARI
05 Dekabr 2025 10:49
Bakıda 21 yaşlı qadın doğuş zamanı öldü
05 Dekabr 2025 09:46


Bakı -°C

