Avtomobil yük maşınına çırpıldı...
Hər bir nəqliyyat vasitəsinin sürücüsü öncə yol hərəkəti qaydalarına əməl etməyə borcludur.Ən azından ona görə ki, o, sükan arxasında əyləşibsə, bütün məsuliyyət sürücünün üzərinə düşür.
Təəssüf ki, bunun bəzən biz əksini görürük. Yəni görürük ki, sürücü məsuliyyətsizlik edir, yol hərəkəti qaydalarını pozur və ağır qəzalar yaradır. Bir neçə gün bundan əvvəl Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi dediklərimizə əyani sübutdur.
Belə ki, paytaxtın Sabunçu rayonunda , daha doğrusu, Zabrat - Maştağa yolunda minik avtomobili yolun hərəkət hissəsində dayanmış ağır tonnajlı yük maşınına çırpılıb. Belə ki, gecə saat 22: 30-da sürətlə hərəkət edən taksi arxadan həmin yük maşınına deyib.Nəticədə avtomobilin sürücüsü hadisə yerində həyatın itirib.
Ümumiyyətlə, bu cür qəzalar Bakıda sürücülərin səhlənkarlığı üzündən tez-tez baş verir. Hadisə şahidlərindən biri deyir ki, biz sexdə işləyirdik və möhkəm səs eşitdik .
Çıxıb gördük ki, avtomobil arxadan yük maşınına çırpılıb və sürücü ölüb. Həmin yük maşını necə gün idi ki, xarab olub yolda qalmışdı , sahibi də gəlib avtomobili aparmırdı. Həmin yük maşını günlərdir ki, sıradan çıxıb yolun hərəkət hissəsində qalıb, Sabunçu rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları nasaz yük maşının hərəkətin intensiv olduğu yoldan evakuasiya etməyiblər. Hansı ki, onların vəzifə borcudur ki, nasaz nəqliyyat vasitəsin vaxtında yolun hərəkət hissəsindən götürsün.Əgər bu qabaqlayıcı tədbirlər vaxtında həyata keçirilsəydi, ölümlə nəticələnən belə ağır qəza baş verməzdi!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
07 Mart 2026 18:30
Naxçıvan aeroportunun yaralı əməkdaşı İranın dron hücumundan danışdı - VİDEO
07 Mart 2026 11:32
Bakıda faciə - Ata və oğlu boğulub öldü
06 Mart 2026 17:17
Gülçin Novruzlu itkin düşüb
06 Mart 2026 16:34
FHN Göyçayda kanalda batan şəxsi axtarır - VİDEO
05 Mart 2026 23:15
"Ədalət" qəzetinin əməkdaşı dünyasını dəyişdi
05 Mart 2026 14:29
Dronun məktəbin yaxınlığına düşməsinin GÖRÜNTÜLƏRİ
05 Mart 2026 14:26
İranın Naxçıvana hücumu nəticəsində 4 nəfər xəsarət alıb - YENİLƏNİB
05 Mart 2026 13:13


Bakı -°C

