“Qırx yaşlı kişi məni məcbur etdi ki…”- Qarğıdalı sahəsində işləyən qadının ürəkdağlayan həyat hekayəsi….

Onunla təsadüfən tanış oluruq. Altı aydır ki, ailə qurduğunu deyir. Amma ehtiyac onu da bir çoxları kimi min-bir əzaba qatlaşmağa məhkum edib. Adının çəkilməsini istəmir və bunu açıqlamayacağımıza söz veririk. O, da yaşadığı Cəlilabad rayonunun kəndlərində qarğıdalı yığarkən bir çoxlarına məlum olmayan məsələləri bizə danışacağına söz verir. Safura (adı şərtidir) deyir ki, bir çox sahələrdə olduğu kimi işlədiyi qarğıdalı sahələrində də kişilər qadınlara tamah salırlar.
Adalet.az “qadın taleyi” rubrikasında Safuranın həyat hekayəsini təqdim edir:
“Üç ayın gəlini idim, dolanışğımız çətin olduğundan mən də qonşu qadınlara qoşulub fəhləçilik etməyə başladım. Sezona uyğun olaraq əvvəl kartof sonra isə qarğıdalı yığımında işləməyə başladıq. Qarğıdalı yığımına isə kartofdan fərqli olaraq gecə saat 3-də başlayırdıq və günortaya kimi yığımı başa çatdırırdıq. Amma o sahədəki sıx qarğıdalı kolları baş verənləri ört-basdır etmək üçün bir pərdədir”.
“Bir gün qarğıdalı sahəsində işləyərkən qadınlardan biri mənə yaxınlaşıb dedi ki…”
“Sahələrdə qadınların onları işlədən kişilər tərəfindən cinsi istismara məruz qalmasından xəbərsiz idim. Bir gün qarğıdalı sahəsində işləyərkən qadınlardan biri mənə yaxınlaşıb dedi ki, bizi işlədən kişinin səndən xoşu gəlir. Deyir artıqlamasıyca pulunu da verəcəm, təki mənimlə birlikdə olsun. Bir müddət buna razılaşmadım, amma sonra yenildim. Bilirsən, bu sahədə bir müddət özünü qorumağa çalışırsan, amma sonra sənə olan təzyiqlərdən bezirsən və onunla da həyatına silinməz bir ləkə düşür”.
“Onun tərli əlləri mənə toxunduqca özümə və…”
“Çox söz-söhbətlərdən sonra axır ki, mənə tamah salan qırx yaşlı kişiylə görüşməyə razılıq verdim. Bunun üçün pul da təklif etdi və ehtiyac üzündən məcbur olub razılaşdım. Görüşümüz isə elə qarğıdalı sahəsində baş verdi. Onun tərli əlləri mənə toxunduqca özümə və həyatıma nifrət edirdim. Qızmar günün altında bu cür münasibətdə olmaq heç mənlik deyildi. Amma bunun adı zövq yox, sadəcə bir neçə dəqiqəlik ehtiras idi. Onun ehtirasının müddəti cəmi beş dəqiqə çəkdi və o, bununla da özündə rahatlıq tapdı”.
“Ona etdiyim bu xəyanətə görə özümü bağışlaya bilmirdim…”
“Sonra yenidən iş yoldaşlarımın yanına qayıdıb qarğıdalı yığmağa başladım. Amma əlim işə yatmırdı, hər şey mənə yuxu kimi gəlirdi və tez-tez yerə oturub fikirləşirdim ki, mən nə etdim… O, isə bir siqaret yandırıb kənardan mənə baxaraq deyirdi ki, “sən işləmə, bu gün istirahət elə”. Onun bu sözləri niyə dediyini ətrafımdakı hər kəs bilirdi. Həmin gün evə qayıtdım və məni dəlicəsinə sevib ailə quran həyat yoldaşımın da üzünə baxa bilmirdim. Ona etdiyim bu xəyanətə görə özümü bağışlaya bilmirdim. Elə həmin gündən həyat yoldaşıma dedim ki, mən bir daha fəhləçilik etməyəcəm.
Demək istədiyim odur ki, bu mənim başıma gəlib və istəmirəm ki, başqa qadınların da başına gəlsin. Yaxşı kişi onu istəməyən bir qadını nəyinsə qarşılığında cinsi istismara məruz qoymaz. Bu mənim həyat hekayəmdir. Artıq hadisənin üstündən bir il ötüb, amma hələ də o günü yaddaşımdan silə bilmirəm. Cavan gəlinlər o sahələrdə ataları yaşda kişilərin qurbanına çevrilirlər”.
Vasif Əlihüseyn