""Qisas" əməliyyatı cəza tədbiri idi" - İlham Əliyev
Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin avqustun əvvəlində ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında bildirib.
Bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.
Digər Xəbərlər
30 May 2026 09:48
Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması hansı nəticələri verə bilər?
29 May 2026 15:01
“Qarabağda reallaşan inkişaf modelinin mərkəzində isə insan amili, milli həmrəylik dayanır”
29 May 2026 13:25
Maldiv Prezidenti İlham Əliyevi təbrik etdi
29 May 2026 12:45
Asəf Hacıyev "Şöhrət" ordeni ilə təltif edildi
29 May 2026 10:14
“Ermənistanın və İranın havadan müdafiə məsələsində ciddi problemləri mövcuddur...”
29 May 2026 10:04
“Bu iqtisadi və diplomatik uğurlar xalqımızın birliyinin nəticəsidir”
28 May 2026 21:00
Kobaxidze Azərbaycan Prezidentini təbrik edib
28 May 2026 17:47


Bakı -°C

