adalet.az header logo
  • Bakı -°C
03 Yanvar 2026 15:44
136
DÜNYA
A- A+

"Qiyamət günü"dür demişdi, həbs edildi

Qanada yaşayan və özünü "Nuh" adlandıran kişi gündəmdən düşmək bilmir. Bu dəfə o proqnozları ilə deyil, həbsi ilə diqqət çəkib. 

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, Qananın Akkra şəhərindəki Adentan Rayon Məhkəməsi sosial media paylaşımları ilə ölkə miqyasında diqqət çəkən 33 yaşlı Evans Eşunun məhkəməsinin keçirilməsi barədə qərar qəbul edib.

Eşun "yanlış məlumatlandırma, ictimaiyyəti qəsdən çaşdırmaq və saxta xəbərlər yaymaq" ittihamları ilə üzləşəcək. Yerli medianın məlumatına görə, məhkəmə ilk dinləməsi keçirilən Eşunun məhkəmə qarşısına çıxmaq üçün yararlılığını müəyyən etmək məqsədilə Pantang Psixiatriya Xəstəxanasında psixiatrik müayinədən keçməsi barədə qərar verib. Psixiatrik rəy növbəti dinləmədən əvvəl məhkəməyə təqdim edilməlidir.

Hesabatın hazırlanmasından sonra məhkəmə iclasın yanvarın 16-da keçirilməsinə qərar verib. Sosial mediada "Ebo Noah" kimi tanınan Eşun, 25 dekabrda böyük bir daşqın olacağını xəbər verən yuxuda bir mesaj aldığını iddia edərək ölkə daxilində böyük bir ajiotaj yaratmışdı.