Qiymətlər uçur, maaşlar sürünür - Səxavət Məmməd yazır
Vətəndaş dövlətdən yardım istəyəndə vurulmayan minnət, deyilməyən söz qalmır. Vətəndaş əlillik pensiyası alır, sonra kəsirlər. Bəzilərini məhkəməyə belə verirlər ki, dövlətin pulun yemisən. Sanki o pensiyanı evində düzəldib. Saxta pensiyaya görə kimisə həbs etmirlər. Bilirlər axı A-dan Z-yə hər biri günahkardı. Türmələrdə yer qalmayacaq. Ancaq mətbuat qarışıq hamı pensiya alana saxtakar deyir, verənə güzün üstə qaşın var deyən yoxdur.
Baxırsan dövlət qurumları hamısı mənfiyə işləyib. Təyyarə biletləri kəllə-çarxdadır, ancaq Azal zərərlə işləyib. Metro həmçinin. Metronu hardasa anlayıram. İndi deyirlər, DSMF zərərlə işləyib. Bu qurum nüvə enerjisi ilə çalışır?
Pərdəsinə aya 100 min, listurunun birinə 150 min verən qurumlar qan ağlayır.
Kabinetdə oturub, müharibə bitənə yaxın ezam gedənlər veteranlıq ala bilir, döyüşənlər ötür-ötürə qurbandır. Bu ölkədə gərək hər şey sənəd üzərində düz olsun.
Sənəd üzərində qurumlar zərərlə işləyir, məmurların hər keçən gün villası böyüyür, obyektlərinin sayı artır.
Qiymətlər uçur, maaşlar sürünür. Ölkə onsuzda yaşanacaq vəziyyətdə deyildi, indi daha da betər günə düşüb.
Digər Xəbərlər
16 Dekabr 2025 15:06
Azərbaycanda elektron siqaretlərin istifadəsi qadağan ediləcək
16 Dekabr 2025 14:39
Bu kateqoriyalardan olan şəxslər amnistiyaya düşəcəklər - SİYAHI
16 Dekabr 2025 13:34
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
16 Dekabr 2025 13:07
Hansı hallarda hərbi vəzifəlilərin maaşlarının saxlanılacağı dəqiqləşib
16 Dekabr 2025 12:40
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
16 Dekabr 2025 12:28
Bu xətanı törədənlər inzibati məsuliyyətə cəlb ediləcək
16 Dekabr 2025 12:01
Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə
16 Dekabr 2025 11:35


Bakı -°C

