Qloballaşma dövründə cəmiyyətin inkişafını qadınların fəaliyyəti olmadan...
Azərbaycanda da qadın hüquqlarının qorunması dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Qadın hüquqları bir sıra dövlət proqramları və məcəllələrlə təsbit olunur. Ölkəmizdə 2006-cı ildə “Gender bərabərliyinin təminatları haqqında” qanun qəbul olunub. 1995-ci ildə isə Azərbaycan qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında BMT Konvensiyasına qoşulub. 2026–2028-ci illər üçün gender bərabərliyinin təmin edilməsinə dair milli fəaliyyət planı hazırlanıb. Bu hüquqi baza qadınların təhsil, əmək bazarı, sosial müdafiə və ictimai həyatda bərabər hüquqlara malik olmasını təmin etməyə yönəlib.
Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında aktiv rol oynayır. Son illərdə qəbul edilən qanunlar, dövlət proqramları və institusional islahatlar qadınların cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Qadınların siyasi proseslərdə iştirakı əhəmiyyətli dərəcədə genişlənir. Təkcə ictimai həyatda deyil, həm də vacib siyasi qərarların qəbul edilməsi prosesində də fəal iştirakçılıq müşahidə olunur.
Qadınlar dövlət idarəçiliyi sistemində də fəal rol oynayırlar. Bu proses onların liderlik bacarıqlarını nümayiş etdirməyə və idarəetmə təcrübələrini genişləndirməyə xidmət edir.
Təsadüfi deyil ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da artırmaqdadır. Bu fəaliyyət sayəsində qadınlarımız ölkəmizin humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilərək, Azərbaycanı dünyaya təqdim edir.
Azərbaycan qadınlarının sosial fəaliyyəti də xüsusi diqqətə layiqdir. İctimai təşkilatlarda və vətəndaş cəmiyyəti institutlarında qadınlar mühüm təşəbbüslərin təşviqində fəal iştirak edirlər. Bu sahədə həyata keçirilən layihələr qadınların hüquqi savadlılığının artırılmasına, məşğulluğunun təmin edilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.
Qadınlar təhsil və elm sahəsində də mühüm rol oynayırlar. Bu, gələcəkdə müxtəlif sahələrdə ixtisaslı qadın mütəxəssislərin inkişafı üçün zəmin yaradır. Qadınların elm, tibb, təhsil və mədəniyyət sahələrindəki nailiyyətləri cəmiyyətin inkişafına mühüm töhfə verir.
Lakin bütün nailiyyətlərə baxmayaraq, bəzi problemlər də mövcuddur. Bəzi bölgələrdə ənənəvi stereotiplər hələ də qadınların tam iştirakına mane olur. Belə ki, cəmiyyətin inkişafı, ilk növbədə, təhsil səviyyəsi ilə müəyyən edilir. Xüsusilə, qızların təhsili yalnız onların şəxsi inkişafına deyil, həm də bütün cəmiyyətin iqtisadi, sosial və mədəni inkişafına birbaşa təsir göstərir.
Təəssüf ki, bəzi bölgələrdə qızların təhsildən yayınması və ya erkən nikaha məcbur edilməsi hallarına rast gəlinir. Bu da təkcə fərdi ailələr üçün deyil, həm də cəmiyyətin gələcəyi üçün ciddi problemlərə səbəb olur, sosial, iqtisadi və demoqrafik inkişafa mənfi təsir göstərir. Buna görə də, qızların təhsilini dəstəkləmək və onların hüquqlarını, imkanlarını genişləndirmək bu günün əsas prioritetlərindən biridir. Təhsilli, maariflənmiş qadınlar sabit və inkişaf etmiş cəmiyyətin dayağıdır. Dövlət başçımızın 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrikində də qeyd olunduğu kimi, “maarifpərvər sələflərinin ənənələrini davam etdirən xanımlarımızın ölkənin müasir simasının müəyyənləşməsinə yönəlmiş çoxsaylı nailiyyətləri müstəqillik salnaməmizin qürurverici səhifələridir.”
Qadın hüquqlarının və imkanlarının genişləndirilməsinə yönəlmiş islahatlar davam etdikcə, qadınlarımız, şübhəsiz ki, gələcəkdə ölkənin inkişafında daha da vacib hərəkətverici qüvvəyə çevriləcəklər.
İstər dövlət strukturunda, istər özəl sektorda qadınlara verilən dəstək onların öz potensiallarını uğurla həyata keçirmələrinə yardım edir.
Könül Nurullayeva,
Milli Məclisin deputatı
Digər Xəbərlər
29 Mart 2026 17:17
Ən çox zərər çəkən qanunsuz tikilən gecəqondu evlərdir - RƏSMİ
29 Mart 2026 12:00
Azərbaycan və İran xalqları dost və qardaş xalqlardır - Ceyhun Bayramov
29 Mart 2026 09:30
Uitkoff İlham Əliyev barədə: “O, ölkəsini dəyişdirən xüsusi liderdir” - VİDEO
28 Mart 2026 23:43
Əraqçi Azərbaycan dilində ölkəmizə təşəkkür etdi
28 Mart 2026 13:38
“Bu gün ABŞ-İsrail tandeminin Qəzzadan, İrandan istəyi nədir?”
28 Mart 2026 11:00
“Şərqdə müharibələrin bitməsi regional layihələrin icrası anlamına gəlməyəcək...”
27 Mart 2026 18:42
Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının toplantısında - FOTO
27 Mart 2026 17:40


Bakı -°C

