Bu ölkədə uşaqların sosial mediadan istifadəsi qadağan edildi
İndoneziya hökuməti martın 28-dən 16 yaşdan aşağı uşaqların sosial media platformalarına girişini qadağan edib.
Adalet.az İndoneziya mediasına istinadla xəbər verir ki, bu qərarla İndoneziya Cənub-Şərqi Asiyada uşaqların “YouTube”, “TikTok”, “Facebook”, “Instagram”, “Threads”, “X”, “Bigo Live” və “Roblox”da hesab açmalarını qadağan edən ilk ölkə olub.
Hökumətdən bildirilib ki, qadağa uşaqları kiberhücumdan, onlayn fırıldaqçılıqdan və asılılıqdan qorumaq məqsədi daşıyır. Həmçinin qaydalara əməl etməyən operatorların cərimələr və girişin bloklanması da daxil olmaqla, inzibati tədbirlərə məruz qalacağı vurğulanıb.
İndoneziyanın rabitə və rəqəmsal işlər naziri Meutya Hafid qeyd edib ki, “X” sosial şəbəkəsi yetkinlik yaşına çatmayanlara məxsus hesabları müəyyənləşdirərək deaktiv etmək öhdəliyi götürüb, “Roblox” isə hökuməti 13 yaşdan kiçik istifadəçilər üçün oflayn rejimə keçmək planları barədə məlumatlandırıb.
“TikTok”un açıqlamasında nazirliklə sıx məsləhətləşmələr apararaq 16 yaşdan aşağı uşaqların hesabları ilə bağlı müvafiq tədbirlərin görülməsi də daxil olmaqla, qaydalara riayət etməyə sadiq olduğunu bildirib.
Qadağalar İndoneziyada təxminən 70 milyon uşağı əhatə edəcək.
Qeyd edək ki, Avstraliya ötən ilin dekabrında dünyada ilk dəfə olaraq uşaqlar üçün sosial media qadağası tətbiq edib. Bəzi Avropa ölkələri və Malayziya da oxşar tədbirləri nəzərdən keçirir.
Digər Xəbərlər
12 Iyun 2026 15:43
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir -XƏBƏRDARLIQ
11 Iyun 2026 18:31
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı oldu
08 Iyun 2026 16:59
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
06 Iyun 2026 19:18
Titotto: "Ağıllı şəhər"lər "ağıllı" materiallara ehtiyac duyur
06 Iyun 2026 17:27
Apple ChatGPT-ni batırır - SİRİ-yə yenilik gəlir
05 Iyun 2026 09:16
“Süni intellektin insanı sürətlə alətə, vasitəyə çevirmək təhlükəsi...”
03 Iyun 2026 16:13
“Bakcell”in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə
01 Iyun 2026 16:37


Bakı -°C

