“Ukraynanın birbaşa Krım istiqamətində yeni cəbhə açması mümkündür”
“Rusiya-Ukrayna müharibəsi fonunda Ukrayna müəyyən istiqamətlərdə taktiki üstünlük əldə edir. Xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenskinin Londona səfəri və burada Almaniya, Fransa, eləcə də Böyük Britaniya rəhbərləri ilə keçirdiyi görüşlər göstərir ki, Avropanın aparıcı dövlətləri Ukraynaya dəstəyi daha da gücləndirib”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, göründüyü kimi, müharibə yeni mərhələyə daxil olur və bu mərhələdə Avropa ölkələri Rusiyaya qarşı siyasi, iqtisadi və hərbi təzyiq imkanlarını genişləndirməyə çalışırlar:
“Bu siyasət Rusiyanı müəyyən mənada danışıqlar masasına yaxınlaşdırır. Son dövrlərdə həm Rusiya Prezidenti Vladimir Putin, həm də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə birbaşa danışıqların mümkünlüyünə dair açıqlamalar verirlər. Bu isə onu göstərir ki, Ukraynanın Rusiyanın hərbi infrastrukturuna və logistika obyektlərinə endirdiyi zərbələr, eləcə də cəbhə xəttində Rusiyanın gözlənilən nəticələri əldə edə bilməməsi Moskvanı diplomatik variantları nəzərdən keçirməyə vadar edir. Eyni zamanda, Ukraynanın strateji məqsədlərindən biri Krım istiqamətində Rusiyanın logistika imkanlarını məhdudlaşdırmaqdır. Ukrayna Donbasla Krım arasında yerləşən əsas nəqliyyat-kommunikasiya xətlərinə nəzarəti gücləndirməyə çalışır”.
M.Əsədullazadə deyib ki, bu istiqamətdə əldə olunacaq uğurlar Krımın Rusiyanın digər əraziləri ilə quru əlaqələrinin zəifləməsinə səbəb ola bilər:
“Bununla yanaşı, Krımın tam mühasirəyə alınması və ya yaxın perspektivdə hərbi əməliyyatlarla geri əməliyyatları baş verə bilər. Ukraynanın birbaşa Krım istiqamətində yeni cəbhə açması mümkündür. Bunun üçün həm hərbi, həm də siyasi baxımdan bir sıra mühüm şərtlər formalaşır. Hesab edirəm ki, yaxın perspektivdə Rusiya və Ukrayna arasında danışıqlar prosesinin yenidən aktivləşməsi mümkündür. Belə bir proses baş verərsə, beynəlxalq vasitəçilərin və Avropanın aparıcı dövlətləri olan Almaniya, Fransa və Böyük Britaniyanın bu danışıqlarda müəyyən rol oynaması istisna edilmir. Lakin sülh prosesinin uğuru tərəflərin qarşılıqlı kompromisə nə dərəcədə hazır olacağından asılı olacaq. Yeni danışıqların Türkiyə də keçirilməsi mümkündür”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Iyun 2026 00:05
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
15 Iyun 2026 00:00
İlham Əliyev Donald Trampı təbrik etdi
14 Iyun 2026 22:33
Hikmət Hacıyev Ermənistana necə gedib? - Rəsmi İrəvan açıqladı
14 Iyun 2026 18:06
Hikmət Hacıyev Ermənistanda Qriqoryanla görüşdü
13 Iyun 2026 15:58
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib
13 Iyun 2026 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13 Iyun 2026 14:32
“Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir”
13 Iyun 2026 14:05


Bakı -°C

