Mehdiyevin ailə bankı BOKT oldu
"Bank BTB" ASC öz təşkilati-hüquqi formasını və adını dəyişdirərək "T-Kredit" MMC Bank Olmayan Kredit Təşkilatına (BOKT) çevrildiyini elan edib.
Adalet.az Report-a istinadla xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzeti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 5 mart 2026-cı il tarixli qərarına əsasən, mövcud qanunvericiliyə uyğun şəkildə "Bank BTB" ASC-nin müraciəti nəzərə alınaraq onun bank olmayan kredit təşkilatı formasında yenidən təşkil edilməsinə əvvəlcədən razılıq verilmişdi.
Bankın aktivləri və öhdəlikləri "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə (ABB) ötürülüb.
Xatırladaq ki, "Bank BTB" 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. “Bank BTB” ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.
Digər Xəbərlər
13 Iyun 2026 15:39
Suriyadan Azərbaycana gətirilən 23 nəfərdən xəbər var
13 Iyun 2026 11:38
BDYPİ-dən sürücülərə MÜRACİƏT
12 Iyun 2026 17:09
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı
12 Iyun 2026 16:36
1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
12 Iyun 2026 16:25
Azərbaycanda bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK
12 Iyun 2026 16:07
31 əməkdaş intizam məsuliyyətinə cəlb edildi, 9 nəfər işdən çıxarıldı - TƏBİB
12 Iyun 2026 16:02
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
12 Iyun 2026 15:48


Bakı -°C

