BDYPİ-dən sürücülərə MÜRACİƏT
"Həftəsonları və qeyri-iş günlərində respublikanın avtomobil yollarında nəqliyyat axınında nəzərəçarpacaq artım müşahidə olunur. Hərəkət intensivliyinin yüksəlməsi fonunda yol hərəkəti qaydalarının pozulması isə yol-nəqliyyat hadisələrinin başvermə riskini dəfələrlə artırır".
Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunması məqsədilə respublika ərazisində müvafiq nəzarət və profilaktik tədbirlər davam etdirilir. Bununla yanaşı, sürücülərin və digər hərəkət iştirakçılarının məsuliyyətli davranışı təhlükəsizliyin təmin edilməsində mühüm əhəmiyyət daşıyır.
"Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığını yoxlamağı, sürət həddinə ciddi riayət etməyi, təhlükəli ötmə və manevrlərdən çəkinməyi, yol və hava şəraitini nəzərə almağı, eləcə də yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyi tövsiyə edir.
Nəzərə alınmalıdır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli və intizamlı davranışından birbaşa asılıdır", - deyə məlumatda vurğulanıb.
Digər Xəbərlər
12 Iyun 2026 17:09
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı
12 Iyun 2026 16:36
1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
12 Iyun 2026 16:25
Azərbaycanda bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK
12 Iyun 2026 16:07
31 əməkdaş intizam məsuliyyətinə cəlb edildi, 9 nəfər işdən çıxarıldı - TƏBİB
12 Iyun 2026 16:02
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
12 Iyun 2026 15:48
"Böyük Qayıdış”: Səhiyyə Nazirliyinin mobil klinikası Şuşada - ağciyər xəstəlikləri erkən aşkarlanır
12 Iyun 2026 15:05
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
12 Iyun 2026 15:03


Bakı -°C

