"Böyük Qayıdış”: Səhiyyə Nazirliyinin mobil klinikası Şuşada - ağciyər xəstəlikləri erkən aşkarlanır
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürülən vətəndaşların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərin əlçatanlığının artırılması məqsədilə səyyar tibbi müayinələri davam etdirir.
Bu barədə Adalet.az-a Səhiyyə Nazirliyindən bildirilib.
Məlumata görə, bu çərçivədə növbəti aksiya Şuşa şəhərində təşkil olunub. Aksiya zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ixtisaslaşmış tibb heyəti tərəfindən yerli sakinlərə kompleks tibbi xidmətlər göstərilib. Müayinələr xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar klinikada aparılıb və modul tipli mobil laboratoriyanın imkanları sayəsində müxtəlif diaqnostik xidmətlərin yerində həyata keçirilməsi təmin edilib.
Aksiya çərçivəsində pulmonoloq, ftiziatr, allerqoloq, kardioloq, şüa diaqnostikası və laboratoriya üzrə mütəxəssislər tərəfindən flüoroqrafiya, rentgen, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya, ultrasəs müayinəsi (USM), spirometriya, Mantou sınağı və arterial qan qazlarının analizi kimi müayinələr icra olunub. Müayinələr zamanı aşkarlanan sağlamlıq problemləri olan şəxslərə dərhal tibbi məsləhətlər verilib, zəruri hallarda müalicə təyin edilib və ixtisaslaşmış həkimlərə yönləndirmə aparılıb.
Tədbir zamanı ümumilikdə 180-ə yaxın Şuşa sakini tibbi müayinələrdən keçib. Eyni zamanda iştirakçılara ağciyər xəstəliklərinin risk faktorları, erkən əlamətləri və profilaktik tədbirlər barədə maarifləndirici məlumatlar verilib.
Səhiyyə Nazirliyindən bildirilib ki, işğaldan azad olunmuş digər ərazilərdə də analoji səyyar müayinə və maarifləndirmə tədbirlərinin davam etdirilməsi planlaşdırılır. Bu tədbirlər əhalinin sağlamlığının qorunması və tibbi xidmətlərin regionlarda daha geniş əhatə olunmasına xidmət edir.
Digər Xəbərlər
12 Iyun 2026 17:09
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı
12 Iyun 2026 16:36
1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
12 Iyun 2026 16:25
Azərbaycanda bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK
12 Iyun 2026 16:07
31 əməkdaş intizam məsuliyyətinə cəlb edildi, 9 nəfər işdən çıxarıldı - TƏBİB
12 Iyun 2026 16:02
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
12 Iyun 2026 15:05
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
12 Iyun 2026 15:03
"Bəzi hallarda blogerlər gənc ailələri boşanmağa inandırırlar" - Deputat
12 Iyun 2026 14:29


Bakı -°C

