adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Aprel 2024 11:26
1189
MÜSAHİBƏ

"Qriqoryan uzaqgörənliklə bu günü 33 il əvvəl demişdi, deyə, öldürüldü" - İlham Cəmiloğlu ilə MÜSAHİBƏ

Hazırda Qarabağ azaddır, artıq ora separatçıların yuvası deyil və bunun üçün Azərbaycan ordusuna, onun başında duran Ali Baş Komandana təşəkkür borcumuz var! Bütün şəhidlərimizin ruhu qarşısında baş əyib, qazilərimizə can sağlığı arzulayırıq.


Bir dəfə tanınmış yazıçı- jurnalist İlham Cəmiloğludan “Artsax"a himn yazan, AYB “üzvü”, xankəndili Vardan Akopyanın xəyanəti ilə bağlı müsahibə götürürürdüm. İlham müəllim söhbət zamanı dedi ki, Xankəndi separatizm və terror yuvası olsa da ordada da, haqqı deməyi bacaran, dürüst erməni vardı.

Mən “ilanın ağına da lənət, qarasına da” deyib, söhbətin üstündən keçdim. İndi artıq nə separatizm var, nə stepanakert var, nə də terror dəstələri, odur ki, neçə vaxtdır yaddaşımda ilişib qalmış “ dürüst erməni” söhbətinə bir aydınlıq gətirmək fikrinə düşdüm və ötən axşam həmkarım, Xankəndinin yazar oğlu İlham Cəmiloğlu ilə söhbətə başladıq:


- İlham müəllim, “dünyada yaxşı erməni də var” deyib, məni çətin inandırarsınız...çünki bu toplumda ağıllı birinə rast gəlmədik, bu 36 ildə. Demək olar ki, ucdantutma hamısı , xəstə təxəyyüllün, anormal hisslərin əlində əsir qalmış bədbəxt və şüursuz vəhşilərdir. İndi deyin görüm, o “dürüst”, “uzaqgörən” erməni kim olub?


-Bilirəm səni inandırmaq çətin məsələ olacaq, amma cəhd edəcəyəm. Demək, haqqında danışacağım Valeri Qriqoryan 1943-cü ilin may ayında Hadrutun Çaylaqqaya kəndində (O vaxt adı Xtsaberd olub – red-Ə.R) anadan olub.

Şuşa Pedaqoji Texnikumunda və İrəvan Pedaqoji İnstitutunda təhsil alır. Əmək fəaliyyətinə 1961-ci ilin avqustunda elə öz kəndində - səkkizillik orta məktəbində müəllim kimi başlayır.

Daha sonra isə Moskvada Ali Partiya Məktəbini bitirir və 1966-cı ildə Kommunist Partiyasının üzvü olur.
O, bir müddət Hadrutda rayon komsomolunun birinci katibi işlədikdən sonra Xankəndi şəhərində işə dəvət olunur. Əvvəlcə Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsində təlimatçı, sonra isə şöbə müdiri vəzifəsinə təyinat alır.


- Nəhayət, erməni namərdlərin fürsətini gözlədiyi 1988-ci il gəlib çıxır…



- 1988-ci ildə Dağlıq Qarabağ hadisələri başlananda vilayətdə (DQMV) yaşayan ermənilərin bu məsələyə cəlb olunması üçün Xankəndi şəhərindəki erməni liderlər bütün mümkün olan vasitələrərdən istifadə ediblər. Erməni əhalinin bütövlükdə səfərbər edilməsi, davamlı mitinq və nümayişlərin təşkili üçün Arkadi Manuçarov və onun dəstəsi hətta hədə-qorxulara da əl atıblar.Sıravi ermənilərin meydanda fasiləsiz mitinqləri zamanı onlar yemək, alkoqollu içkilər, siqaret və geyimlə təmin ediliblər.

Vilayətdə vəzifədə işləyən, ancaq erməni hərəkatına qoşulmaq istəməyən ermənilər isə ciddi təzyiqlərlə üzləşiblər. Bu təzyiqlər sırasında qətl hadisələri də baş verib. Həmin ərəfədə erməni separatçılarının qurbanlarından biri də Dağlıq Qarabağ Muxtar Vilayəti partiya komitəsinin təşkilat və kadrlar şöbəsinin müdiri Valeri Qriqoryan olub.


 - Yəni o ağlı başında olmayan xəstə ruhlu insanların içinə bir nəfər ağıllı olur? Adamın heç inanmağı gəlmir ki, ermənilərdə ağıl olar… Amma siz şahidsiniz də, siz deyirsinizsə demək elədir.


- Bəli düzü demək imandandır. Borcumuzdur. Deməli, Dağlıq Qarabağ hadisələri başlananda Valeri Qriqoryan məsələlərə fərqli yanaşıb və aqressiv ermənilərin qarşısında fikirlərini söyləməkdən çəkinməyib. V.Qriqoryan fikirlərini açıqlayaraq bildirib ki, vilayətin Ermənistanın tərkibinə verilməsi məsələsini silah yolu ilə həll etmək cəhdi ağılsızlıqdır. O, öz həmkarlarına başa salıb ki, silahlı münaqişə yaranarsa azərbaycanlılar istənilən vaxt Şuşadan Xankəndini məhv etmək imkanına malikdirlər. Təbii ki, bu cür münasibət və təbliğat Dağlıq Qarabağdakı erməni hərəkatının liderlərini qıcıqlandırıb.
Şöbə müdirinə qarşı erməni liderlərinin kəskin münasibəti təkcə bu məsələ ilə bitməyib. Dağlıq Qarabağda Arkadi Volskinin rəhbərliyi altında Xüsusi İdarətetmə Komitəsi yaradılanda vilayət partiya komitəsinin şöbə müdiri kimi Valeri Qriqoryan da yaradılmış yeni komitənin işinə cəlb edilir. Həmin ərəfədə o, vilayət nümayəndələri ilə birlikdə Moskvada və İrəvanda səfərlərdə olub.


- Yəni, Qarabağın Azərbaycandan qoparılmasının əleyhinəymiş....



-Yox... qətiyyən... Əslində Valeri Qriqoryan da bir erməni olaraq Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsinin tərəfdarı olub. Sadəcə istəyib ki, bunu zor gücü ilə, silahlı toqquşma ilə yox, Azərbaycanla məsləhətləşmək yolu ilə həyata keçirsin, düşünürəm ki, soydaşlarının qırılacağını anlayırdı və buna qarşı idi.Sovet hökümətinin “qan salmaq” planlarını başa düşürdü və istəyirdi ki, hər şey qansız –qadasız olsun...Buna görə ermənipərəst Volskinin fəaliyyəti onu qane etmirdi və tərəflər arasında yaranan fikir ayrılıqları Qriqoryana qarşı təzyiqləri bir az da artırırdı.


- Sovetin, daha dəqiq Rusiyanın “parçala, hökm et” siyasətindən bixəbər cahil ermənilər isə Volskinin, Polyaniçkonun “tırkası”na gedirdilər.


-Eynən! Xüsusi İdarəetmə Komitəsinin ləğv olunmasından, Dağlıq Qarabağda Viktor Polyaniçkonun rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradılmasından sonra isə Valeri Qriqoryana qarşı münasibət daha da sərtləşdi. Qriqoryan Təşkilat Komitəsinin işində fəallıq göstərib. Viktor Polyaniçkonu özlərinə düşmən sayan ermənilər onunla birgə işlədiyinə görə Valeri Qriqoryanı satqın və xəyanətkar adlandırırdılar.


- Valerini də kim “satqın” adlandıra bilərdi ki? Başları “böyük ermənistan” xülyasından xəstəhal yumruya dönmüş Arkadi Manuçarov, Robert Koçaryan, Serj Sarkisyan, Zori Balayan, Silva Kaputikyan.... Təsəvvür edirəm ki, “Azərbaycanlılar bizim tarixi torpağımız olan Qarabağda yalnız qul kimi işləyə bilərlər, onlara heç bir güzəşt və imtiyaz ola bilməz, bu həmişə belə olub və bundan sonra da belə olacaq” deyən xəstəbaş Arkadi Manuçarov Valeri Qriqoryanın azərbaycanlılara qarşı amansız olmamasına necə hiddətlənirmiş...


-Əlbəttə, ona görə onu “satqın” adlandırırdılar.1990-cı ilin iyul ayında Moskvada Kommunist Partiyasının 28-ci qurultayında Dağlıq Qarabağ məsələsi müzakirə olunanda Valeri Qriqoryan da çıxış edir. O, öz çıxışında yaranmış problemi qarşılıqlı anlaşma şəklində, silah işlədilmədən, qan tökülmədən həll edilməsininin tərəfdarı olduğunu bildirir.
Onun bu çıxışı sizin təbirinzcə desək, “xəstəbaş” ermənilər tərəfindən hiddətlə qarşılanır, Valeri Qriqoryan barışıq və sülh mövqeli olduğuna görə ittiham olunur. Çox qarışıq bir dövr olan 1991-ci ilin iyul ayında gərgin müzakirələrdən sonra vilayətdən bir neçə nəfər Bakıya, respublika rəhbərliyi ilə görüşə yollanıb. Nümayəndə heyətinin tərkibinə Valeri Qriqoryan da salınıb. Bu görüşdən sonra Valeri Qriqoryan Xankəndi şəhərində günün günorta çağı qətlə yetrilib. Valeri Qriqoryanın qətlinin üstü açılmayıb, qatillərinin və sifarişçilərin kim olduğu bilinməyib.


-Açılmaz də, o vaxt Ermənistanda Qarabağ klanı çox güclü idi. Sonrada Köçəriyanın və Sərkisyanın prezidentliyi.... açılmaz...

-Əslində rəsmi şəkildə bu qətl hadisəsinin səbəbi bilinməsə də, qeyri-rəsmi olaraq Valeri Qriqoryanın nəyə görə aradan götürülməsi hamıya məlum olub. Valeri Qriqoryan Viktor Polyaniçkonun və komendant Safonovun Dağlıq Qarabağdakı fəaliyyətini yüksək qiymətləndirib. Onların fəaliyyətinin davamlı olacağı təqdirdə münaqişənin müharibə fazasına keçməyəcəyinə inanıb. O, müharibə başlayacağı təqdirdə hələ o dövrdə Ermənistanın məğlubiyyətini göz önünə gətirib. Məhz elə bu səbəbdən də Valeri Qriqoryan Robert Koçaryan, Serj Sarkisyan kimi hərbi canilərin qurbanına çevrilib. Yeri gəlmişkən, məlun yazıçı Zori Balayan , Valeri Qriqoryanın Polyaniçkonun yaxşı planlaşdırılmış təbliğatının qurbanı olub desə də, məsələ məlum idi

- İlham müəllim Qriqoryanın oğlu Arturun erməni mediasına müsahibəsini axtarıb tapmışam. O, deyir: “1989-cu ildə, mən yeniyetmə olanda atam deyirdi ki, hər hansı bir işə hazırlaşmaq lazımdır. "İndi başlasaq, Şuşidə haubitsalar quracaqlar və bizi atəşə tutacaqlar və cavab verəcək heç bir şeyimiz olmayacaq" dedi. Ehtiyatda olan zabit olan atam çoxsaylı itkilərlə başa gələcək müharibənin əleyhinə idi. O, hər şeyin minimum qanla həll olunmasını istəyirdi və Qarabağı Ermənistanın bir hissəsi kimi görürdü”.Bu onu göstərir ki, erməni uzaqgörən, ağıllı ola bilər, amma ədalətli, haqqı deyən heç vaxt!


-Valeri Qriqoryanı öz düşüncələrinə, gələcək baxışlarına görə Dağlıq Qarabağın ən ağıllı ermənisi saymaq olar. Yəqin ki, hazırda Koçaryan da, Sarkisyan da Valeri Qriqoryanın 30 əvvəl söylədiyi fikirləri təkrar-təkrar xatırlayırlar və bu uzaqgörən ermənini qətlə yetirməkdə özlərini qınayırlar.

- İlham müəllim, çox maraqlı məlumatlar verdiyiniz üçün təşəkkür edirəm. Bəli təsdiq edirəm, ağıllı erməni olub Valeri, uzaqgörən olub. Amma bütü ağıl və uzaqgörənliyinin içərisində bir  ermənilik olduğundan şübhəm yoxdu. Bunlar heç vaxt haqq -ədalət tərəfdarı olmayıblar. Heç vaxt deməyiblər ki, Rusiya bizi qafqaza gətirib azdırandan üzü bu yana azərbaycanlılar bizə yurd verib, çörək  verib, süfrə açıb , qonaq edib... Gəlin onlara qarşı cinayət əməli törətməyək, onları bu dünyada ən yaxşı dostumuz və qardaşımız kimi sevək, hörmət edək....  Yəni əvvəlki, fikrim də qalıram, "ilanın ağına da (ağıllısına, uzaqgörəninə), qarasına da(separatçı, terrorçusuna) da lənət olsun!

 Söhbətləşdi Əntiqə Rəşid