adalet.az header logo
  • Bakı -°C
16 Iyul 2026 10:57
71
HADİSƏ
A- A+

Qubada 5 aylıq hamilə qadın öldü

Quba Rayon Mərkəzi Xəstəxanasında hamilə qadının ölümü ilə bağlı hadisə qeydə alınıb.

Adalet.az xəbər verir ki, rayonun İqrığ kənd sakini, 2003-cü il təvəllüdlü S. Əmrahova 5 aylıq hamilə olub.

Bildirilib ki, ona antibiotik iynəsi vurulduqdan sonra vəziyyəti qəfil pisləşib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.