Trampdan İlham Əliyevin çıxışı ilə bağlı - PAYLAŞIM
ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərin yer aldığı, “Breitbart News” nəşrində dərc olunmuş məqaləni özünün “Truth Social” sosial şəbəkəsində paylaşıb.
Adalet.az xəbər verir ki, Trampın rəsmi “Truth Social” hesabında paylaşdığı material “Breitbart News”un müxbiri Coşua Kleyn tərəfindən hazırlanıb.
“Breitbart News”un məqaləsində IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı dövlət başçısının rəsmi sosial media hesablarından yayılıb.
Prezident İlham Əliyev: Tramp sülhü imkan kimi görür
Məqalədə Prezident İlham Əliyevin “Breitbart News”un sualını cavablandırarkən ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh prosesində oynadığı rola xüsusi qiymət verməsi ön plana çıxarılır.
Prezident bildirib ki, əvvəlki ABŞ administrasiyaları təxminən otuz il ərzində münaqişəni həll etmək əvəzinə onun dondurulmuş vəziyyətdə saxlanmasına üstünlük veriblər.
"Donald Tramp sülhü sevən insandır. O, sülhə imkan kimi baxır", – Prezident İlham Əliyev bildirib.
Onun sözlərinə görə, Tramp administrasiyası Azərbaycanın narahatlıqlarını düzgün anlayıb, Ermənistan rəhbərliyini sülhün hər iki dövlət üçün faydalı olduğuna inandırmağa çalışıb və nəticədə "sülhü mümkün edən bir çərçivə yaradıb".
Digər Xəbərlər
16 Iyul 2026 11:54
Prezident İlham Əliyev Fələstinin Baş nazirini qəbul edib
16 Iyul 2026 11:25
Fələstinin Baş naziri Zəfər parkını ziyarət etdi - FOTOLAR
16 Iyul 2026 11:04
“İlham Əliyevin forumda iştirakı bu məclisə fərqli bir miqyas verir...”
16 Iyul 2026 10:51
Ceyhun Bayramov Rusiyaya getdi
16 Iyul 2026 10:27
“Ədaləti bərpa etdikdən sonra ən çətin məsələlərdən biri etimad mühitinin yaradılmasıdır”
16 Iyul 2026 10:14
“Kreml 1993-cü ildə öz imzasını atdığı prinsipi rədd edir”
16 Iyul 2026 10:13
“İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət kəsb edir”
15 Iyul 2026 19:07


Bakı -°C

