“İlham Əliyevin Şuşada verdiyi mesaj mühüm siyasi əhəmiyyət kəsb edir”
“Cənab Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda ukraynalı jurnalistlərin suallarını cavablandırarkən Ukraynanın ərazi bütövlüyünə dəstəyini ifadə etməsi və Rusiya-Ukrayna müharibəsinin başa çatmasının vacibliyini vurğulaması Azərbaycanın xarici siyasətinin prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Bu açıqlamaların Moskvada müəyyən narahatlıq doğurduğunu gördük”.
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, lakin bu, Azərbaycanın tərəfdaş ölkələrlə münasibətlərinə baxmayaraq, beynəlxalq hüququn fundamental prinsiplərinə sadiq qaldığını göstərir:
“Azərbaycan özünün də ərazi bütövlüyü uzun illər pozulmuş bir dövlət kimi, bütün ölkələrin suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin tərəfdarıdır. Bu baxımdan Prezident İlham Əliyevin çıxışında sülhün və dövlətlərin ərazi bütövlüyünün ön plana çəkilməsi yeni beynəlxalq münasibətlər sistemində mühüm siyasi mesaj kimi qiymətləndirilə bilər.Hazırda dünyanın müxtəlif regionlarında bir sıra dövlətlərin ərazi bütövlüyü təhdidlərlə üzləşir. Belə bir şəraitdə beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunması qlobal təhlükəsizliyin əsas şərtlərindən biridir”.
O, deyib ki, bu baxımdan Rusiya da Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət etməli və münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə üstünlük verməlidir:
“Amma, Vladimir Putin beynəlxalq hüququ heçə sayaraq Ukrayna və qonşu ölkələrə qarşı təhdid siyasəti həyata keçirir. Rusiyanın son illərdə qonşu dövlətlərə münasibətdə həyata keçirdiyi sərt və hərbi yönümlü siyasət beynəlxalq aləmdə geniş tənqid olunur və ölkənin təcridinin dərinləşməsinə səbəb olur. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin gedişatı göstərir ki, münaqişənin uzanması həm hərbi, həm də siyasi və iqtisadi baxımdan Rusiya üçün ciddi çətinliklər yaradır. Buna görə də davamlı sülhün təmin olunması və beynəlxalq hüququn aliliyinin bərpa edilməsi regionun və ümumilikdə Avropanın təhlükəsizliyi üçün mühüm əhəmiyyət daşıyır.Bu gün qlobal müstəvidə davam edən siyasi böhran yeni siyasi nizamın qurulmasına kimi davam edəcək. Yeni siyasi nizam isə 2035 ci ilə kimi quruması davam edəcək”.
Vasif
Digər Xəbərlər
26 Oktyabr 2026 20:10
Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb
26 Oktyabr 2026 19:28
İlham Əliyev Nuveyslə görüşü ilə bağlı video paylaşdı
26 Oktyabr 2026 18:41
İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTOLAR
26 Oktyabr 2026 17:56
Azərbaycan və Yaponiya arasında vizasız rejim genişləndirilə bilər
26 Oktyabr 2026 17:53
"Dezinformasiya, stereotiplər və qərəzlə mübarizə aparmaq vacibdir" - Hikmət Hacıyev
26 Oktyabr 2026 17:09
"Afrika ölkələri ilə münasibətləri inkişaf etdirmək niyyətindəyik" - Hikmət Hacıyev
26 Oktyabr 2026 16:20
"Sülh sazişi tək kağız üzərində olmamalıdır" - Hikmət Hacıyev
26 Oktyabr 2026 16:14


Bakı -°C

