Odessada azərbaycanlıların olduğu gəmi vuruldu - Kapitan axtarılır
Ukraynanın Odessa sahilləri yaxınlığında iyulun 14-də yerli vaxtla saat 15:15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus "Atlas Bəy" adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.
Bu barədə Adalet.az-a Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - məlumatda qeyd olunub.
Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.
Digər Xəbərlər
15 Avqust 2026 00:13
“Sea breeze”də ayağı su borusunda qalan 3 yaşlı uşaq vəfat etdi - YENİLƏNİB
14 Avqust 2026 17:23
Təcili tibbi yardım maşınında ana oldu - FOTO
14 Avqust 2026 10:38
Yanğın törədən 5 nəfər tutuldu
14 Avqust 2026 10:15
Kəlbəcərdə mina partlayıb - YENİLƏNİB
13 Avqust 2026 11:49
Şuşakənddə insan sümüyünə bənzər qalıqlar tapıldı - Araşdırma aparılır
13 Avqust 2026 11:08
12 yaşlı Tapdıq öz maşınında həlak olub... - ŞOK DETALLAR
12 Avqust 2026 13:53
Dünən dənizdə batan “Krosna”nın solisti imiş
12 Avqust 2026 12:41


Bakı -°C

