Qubada insan sümükləri TAPILDI

Quba rayonunun Rustov kəndində insan sümükləri aşkarlanıb.
Adalet.az-ın məlumatına görə, son günlər müşahidə olunan güclü yağış nəticəsində Rustov kəndində kiçik torpaq sürüşməsi baş verib.
Nəticədə kənd məscidindən bir qədər aralıda yolun kənarında insana məxsus kəllə və çanaq sümükləri üzə çıxıb.
Faktla bağlı araşdirma aparılir.
Xatırladaq ki, 2007-ci ildə Quba şəhər stadionunda tikinti məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib. Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun mütəxəssisləri tərəfindən aparılan tədqiqat nəticəsində məlum olub ki, buradaki insan sümükləri 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən yerli sakinlərə məxsusdur. Bu həqiqətləri dünya ictimaiyyətinə çatdırılmasi, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə 2013-cü ildə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılıb./report
Digər Xəbərlər

Liftlərə qənim kəsilənlər

Yağış sularının kənarlaşdırılması üçün yeni kollektorlar salınır

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Bağçada bədbəxt hadisə - Azyaşlı xəsarət aldı

Sürücünün məsafə saxlamaması qəzaya səbəb olub- VİDEO

Babək prospektindəki təkər bazarında yanğın - VİDEO

Sumqayıtda yaşayış binasında yanğın oldu, sakinlər təxliyə edildi - VİDEO
