Qubada "patı" satanlar saxlanıldı - FOTO
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi və Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Hilal Cılğamlı saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana, tiyək, heroin və “patı”, “şüşə” adlandırılan psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Sərvər Neymətov saxlanılıb. Həmin şəxsin üzərinə və avtomobilinə baxış zamanı kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktlarla bağlı RPŞ-də cinayət işi başlanılıb.
Digər Xəbərlər
02 Oktyabr 2026 11:47
Qaxda əməliyyat - İki nəfər həbs edildi
01 Oktyabr 2026 18:17
5 milyonluq şəbəkənin üzvləri saxlanıldı - KMBİ-dən əməliyyat - VİDEO
01 Oktyabr 2026 10:24
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edildi
30 Sentyabr 2026 13:49


Bakı -°C

