Qubada sahibsiz it məktəbli və 2 qadına hücum edib -YENİLƏNİB

Bu gün saat 12:20 radələrində Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Adalet.az apa-ya istinadən xəbər verir ki, TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub.
Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
2018-ci il təvəllüdlü şəxsin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. 1967 və 1970-ci il təvəllüdlü şəxslər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
15:15
Quba rayonunun ll Nügədi kəndi ərazisində sahibsiz it sakinlərə hücum edib.
Adalet.az xəbər verir ki, 1-ci sinif şagirdi dərsdən evə qayıdarkən sahibsiz it ona hücum edib. İt məktəblinin başına xəsarət yetirib. Azyaşlıya köməyə gələn 2 qadını da həmin it dişləyib.
Xəsarət alanlar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Digər Xəbərlər

Geomaqnit qasırğası müşahidə edilir

Mövqelərimiz ATƏŞƏ TUTULDU

Tərtər çayında boğulan yeniyetmənin meyiti TAPILDI

Bakıda məşhur şadlıq sarayları cərimələndi

Sumqayıtda partlayış - Bir nəfər yaralandı

Azərbaycanda övladlığa götürülən qız anasını evdən çıxardı - VİDEO

Hacıqabulda ərazilərin sudan təmizlənməsi davam etdirilir - VİDEO
