20 Iyun 2025 10:41
82
HADİSƏ

Qubadlıda sümük qalıqları aşkarlanıb

Qubadlı rayonunda qazıntı işləri aparılarkən insana məxsus olması ehtimal edilən sümük qalıqları aşkar edilib.

Adalet.az apa-ya istinadən xəbər verir ki, insan skeletinə oxşar sümük fraqmentlərinə rayonun Qundaqlı kəndi ərazisində rast gəlinib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Araşdırma aparılır.