“Qüds yoxsa Yerusəlim?: Ərəblərin pul hərisliyi, yəhudilərin uzaqgörənliyi”-MÜSAHİBƏ
jpg-1698043479.jpg)
Ərəblərdə Qüds, əl-Qüds, qərb və yəhudi mənbələrində Yerusəlim - Ūrşlšalīm (Ūrşalīm), Ūrşəlim,. Beytül-Müqəddəs adlarıyla həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs dini mərkəzi kimi tanınır.. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin – islam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir.
Mesopotamiyanın mixi yazılarında "Tanrının şəhəri" anlamına gəldiyi düşünülən "Urusalima" olaraq göstərilir və dünyanın ən qədim şəhərlərindən biri sayılır. İsrail və Fələstin hər ikisi Qüds şəhərinin öz ölkələrinin paytaxtı olmasını iddia edirlər. İsrail Dövləti uzun müddətdir ki, bütün hökumət qurumlarını Qüdsdə saxlamasına baxmayaraq, fələstinlilər də şəhəri Fələstinin əsas nöqtəsi olaraq tanıyırlar, lakin heç bir iddia beynəlxalq səviyyədə tanınmır. Əslində Əl-Qüds və yaxud Yerusəlim kimindir?
Sualımızı cavablandırmaq üçün siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevə müraciət edirik.
-Zaur müəllim uzun illərdi, bəlkə də dünya yarananda ərəblərlə yəni müsəlmanlarla , yəhudilər bu şəhəri paylaşa bilmirlər. Bu şəhərdə hansı xalqın , hansı dinin haqqı daha çoxdur?
- Qüds (Yerusəlim) kimə məxsusdur? Bəli, bu barədə çox müzakirələr gedir, hətta mübahisə və qarşıdurmalar da olub. Amma bütün müzakirə və mübahisələr fakta söykənəndə iddia da aydınlaşır dəqiqləşir. Deməli, yəhudilər buranın qədim sakinləri olduqlarını iddia edirlər, ərəblər də iddia edirlər ki, Davud peyğəmbər buranı işğal edənə qədər onların “Salam “adlı qalası olub burda. Bu iddialarını yəhudilərin dini kitabına istinad edirlər. Tövrat mətnlərində “Salam şəhəri” kimi qeyd olunur bura. Dünyəvi qaynaqlara görə, yəhudi, xristian və müsəlmanların müqəddəs şəhəri sayılan bu şəhər haqqında yazanda yəhudi və ərəb alimləri o qədər şovinst yanaşma göstərirlər ki, daha bu barədə oxumaq istəmirsən. Bu iki əmioğlu xalq, İbrahimin bir birindən küsən oğlanları arasında əsrlərdir nifaq bitmək bilmir.
-Zaur müəllim, əgər bu şəhər 3 dinin mərkəzi hesab edilirsə onda belə çıxır ki, hər üç dinin daşıyıcısı olan xalqlar bu ərazidə yaşayıb...Məncə , müzakirə predmeti dindən əvvəl xalqlardır.
-Bu ərazilərdə hansı xalqlar yaşayıb?
-Bura kimə məxsusdur?- deyəndə burda ərəblərdən də, yəhudilərdən də öncə digər xalqlar yaşayıb, lakin sivlizasiyalar məhv olduqca tarix də silinir. Bu başqa mövzudur. Əsas məsələ burda həm ərəblər, həm yəhudilər türklərin bu şəhəri daha müqəddəs sayaraq onu daima qoruduqlarını yazmırlar. Əgər bu şəhər ərəb və yəhudilər üçün elə müqəddəs şəhər idisə Avropadan Səlib yürüşü adı altında gələnlərin qarşısında durardılar də. Ciddi mənbələrdə hansısa bir qəhrəmanları və döyüşləri barədə bir cümlə fakt yazılardı !
-Sizə suallar vermək üçün mənbələrə baxırdım, ordan öyrəndim ki, böyük tarixi boyunca Qüds ümumilikdə iki dəfə darmadağın edilib, 23 dəfə işğal edilib, 52 dəfə hücuma məruz qalıb, 44 dəfə ələ keçirilib və yenidən azad edilib...
- Tarixin bizə məlum hissəsində daima bu şəhəri türklər qoruyub və əmin amanlıq onların dövründə olub. Səlibçilər bura din uğrunda savaşa yox Şərqin bu ən qədim və üç dinin müqəddəs şəhərinə nəzir kimi gətirilən qızıl-gümüşün talan edilməsi üçün gəliblər. Məsələn, Səlcuqların Qüds uğrunda mübarizəsini də yaddan çıxarmaq olmaz.
Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri Tirli Vilhelm və ya Tirli Giyom Səlcuqların səlibçilərə qarşı savaşı haqqında yazır: “Türk oxları yağış kimi yağırdı. Xristianlar onları təqib etmək istəyəndə türklər arxalarına dönüb qılınclardan qaçaraq oxları yağdırmağa davam etdilər”.
- Axı, türklər ərəb torpağını niyə qoruyurdu ki?
- Qüdsdə bir Əl-Əqsa məscidi var, müsəlmanların ilk qibləsi olub. Bu səbəbdən də Qüds müsəlmanlar üçün Məkkə və Mədinədən sonra üçüncü müqəddəs şəhərdir. Tarixin bütün dövlərində rast gəldiyimiz qaynaqlarda bu müqəddəs şəhəri qoruyan türk hökmdarları və xalqları olub faktına rast gələ bilərik.
Misal üçün, Avropalı tədqiqatçı Hillenbrand “The Crusades: Islamic perspectives. Edinburgh, 1999.” səhifə 64-də yazır: “Şübhə yoxdur ki, müasir müsəlman tarixşünaslığı səlib yürüşləri dövründə türklərin rolunu düzgün qiymətləndirmir. Bu gün müsəlman ərəblər səlibçilərə qalib gələn böyük cihad döyüşçülərinin (mücahidlərin) demək olar ki, hamısının – Zəngi, Nurəddin, Baybarsın türk olmasına şübhə etməsələr də, bu fakt lazımi səviyyədə gizlədirlər”
Eyni zamanda Səlahəddin Əyubi, Sultan Səlim, Osmanlı sultanı Əbdülhəmid xan və digərləri Qüdsü daha müqəddəs sayaraq onu qorumağı özlərinə bir borc hesab ediblər.
-Siz bir dəfə bir yazı paylaşmışdınız. Yazırdınızki, bir imkanlı yəhudi Sultan Əbdülhəmid xan böyük məbləğdə pul təklif edərək o əraziləri satın almaq istəyir və sultan bundan qəti imtina edir. Amma ərəblər türk sultanın əksinə pula şirnikir və torpaqlarını yəhudilərə satır.
- İsrailin Müstəqillik Bəyannaməsində "Yəhudi Dövlətinin spiritual banisi" şəklində müraciət edilən Teodor Hertsl 1896-cı ildə İstanbula səfər edir. O Sultan Əbdülhəmid xanının qəbuluna düşmək niyyəti ilə müraciət edir, lakin ona imtina edilir. O, Sultana yaxın olan polşalı Filip Nevlinski vasitəsilə ona təklif edir ki, dünyanın ən varlı yəhudilərinin təmsilçisi olaraq bura gəlib. Osmanlı dövlətinin Avropaya olan borclarını ödəmək, onların lobbiçilik işinin qurulması və Avropa mətbuatının birbaşa Sultana xidmət etməsini təklif edirlər. Əvəzində isə Fələstinə yəhudi açılımı edilsin, burda onlara torpaqlar istənilən qiymətə satılsın və kiçik bir muxtar dövlət qurmalarına izn verilsin. Sultan Əbdülhəmid buna kəskin etiraz edir. Nəinki borclara görə, istənilən məbləğ olsa belə Fələstində bir metr torpaq kiməsə verilməyəcək deyə cavab verir.
Teodor Hertsl belə kəskin cavab gözləmirdi və o polşalı dostuna deyir ki, əvvəl axır bura yəhudilərin olacaq. Onun bu sözü yəhidlərin ən sevdiyidir:
“ Türklər gün gələcək, dilənçi vəziyyətinə düşəcək və dizlərimə qapanıb yalvaracaqlar”
O Vyana şəhərinə geri dönür və bütün varlı yəhudiləri 29-30 avqust 1897-ci ildə İsveçrənin Bazel şəhərinə toplantıya dəvət edir. Ən varlı yəhudilərin iştirak etdiyi bu toplantı zamanı Fələstin torpaqlarında "Yəhudi Milli Yurdu" yaradılması üçün proqram qəbul edilir. Proqram üzrə hər bir varlı yəhudinin üzərində yalnız bir iş dururdu. Qiymətindən asılı olmayaraq bacardıqca daha çox torpaq satın almaq. İlk zamanlar böyük torpaq sahələri olan Fələstinlilər ikiqat qiymətinə özlərinə məxsus əraziləri yəhudilərə satmağa başlayırlar. Hər torpaq rəsmi satış yolu ilə alındıqca ora yəhudi ailələri köçürülməyə başlanılır.
- Bax elə burda fələstinlilərin beli qırıldı və haqlı ikən haqsız duruma düşdülər…Bəs, Sultan Əbdülhəmid bu acgöz və dardünyagörüşlü ərəbləri dayandıra bilmədi?
-O ərazilərdə yəhudilərin sayi artıqca Əbdülhəmid buna qarşı 1898-cü ildə ciddi qərarlar qəbul edir:
1) Yəhudi millətindən olan şəxslərə torpaq satılmasın
2) Xəzinədən Fələstinlərdən torpaq alınıb türklərin adına rəsmiləşməsi üçün pul ayrılsın.
3)Bu torpaqlara yəhudilər köçüb yaşamaq hüququ verilmir və Fələstinə gələn hər bir yəhudi 3 aydan artıq burada qala bilməzdi.
Yəhidlər bu qərardan sonra aşağıdakı addımları atırlar
1) Pula həris fələstinli adına torpaqları sənədləşdirdilər
2) Britaniya, Almaniya və Avstriya vətəndaşlığı alıb buranın pasportu ilə torpaq satın almağa başladılar.
Lakin Sultan bundan xəbər tutub istənilən ölkə vətəndaşı olmasından asılı olmayaraq heç kimə bu torpaqlarda ərazi və mülk alınmasını qadağan edən qərar verir. Eyni zamanda bütün Osmanlı ərazisində fəaliyyət göstərən səfirliklərə diplomatik nota göndərib yəhudi əsilli şəxslərə viza verilməyəcəyini bəyan edirlər.
-Deyəsən, bu qərarların da fələstinlilərin dayanmasında bir köməyi olmur…
-Yəhudilər artıq kifayət qədər torpaq fələstinlilərdən almışdılar. Hər bir fələstinli qızıl pul hesabına nəinki torpağını, evini belə satmağa hazır idi. Yəhudilər Əbdülhəmid xanın bu qətiyyətini görüb ona qarşı müxalifəti maliyyələşdirilməsinə başladılar. Həm Osmanlı ərazisində, həm də torpaqlarını aldıqları fələstinlilər içərisində.
Lakin buna zaman lazım idi, yəhudilərin isə bu vaxtı yox idi. Onlar yenə Emmanuel Carasso adı gənc türklər hərəkatında böyük nüfuza malik şəxsi Əbdülhəmid xanın yanına yeni təkliflə göndərirlər. 20 milyon pul və Avropa dövlətlərinə olan borcun silinməsi. Lakin Sultan yenə yox cavabı verir.Teodor Hertsl Osmanlı sarayında böyük pullar hesabına özünə tərəfdar toplayır və zamanla onlar üzərində olan qadağaları aradan götürülməsinə nail olur.
Sonra isə Əbdülhəmid xan hakimiyyətdən uzaqlaşdırılır və 1908—1918-ci illərdə qısa fasilələrlə hakimiyyətdə olan, konstitusiyalı monarxiyanı əsas ideya qəbul etmiş İttihad və Tərəqqi partiyası Sultanın yəhudilərlə bağlı bütün qərarlarını ləğv etdilər. Nəticədə gələcək yəhudi dövlətinin ilk şəhəri Tel Əviv 1300 ev və 1500 nəfərdən ibarət şəxslə salındı. Bununla da Fələstində yəhudilərin ilk böyük uğuru əldə edildi. Fələstində yəhudilərin pulu, ingilislərin silahı ilə onların qarantı olacaq türklər burdan uzaqlaşdırıldı.
- Deməli, yəhudilərin, xristianların, xüsusən, müsəlmanların, ortaq bir dini mərkəzi olaraq qalacaq bir şəhər məhz fələstinlilərin açğözlüyü sayəsində indi müharibə meydanına dönüb.
Zaur müəllim ətraflı məlumatlara görə sizə təşəkkür edirik....
Əntiqə Rəşid
Digər Xəbərlər

İlham Əliyev Vyetnam agentliyinə müsahibə verdi

Azər Badamov Rusiyadan deportasiyasından DANIŞDI - 4 saatdan sonra məni...
jpg-1746519948.jpg)
"Zimistan ay Zimistan, mənəm gəlmişəm qardaş, hardasan?" - MÜSAHİBƏ

Ramiz Alıyev: “İnsan alverinə qarşı mübarizədə Azərbaycan bir sıra ölkələr üçün nümunədir”
jpg-1746435535.jpg)
Akif Nağının Laçın təəssüratları: "Bizim zümrüd İsveçrəmiz..."

Əzimə AĞALAR: "Xatirələrə geri dönməyi heç sevmirəm" - MÜSAHİBƏ

İran Prezidenti Azərbaycan televiziyasına müsahibə verdi - VİDEO
