Qurban Qurbanov: "Azlıqda qalanda komandanın xarakteri üzə çıxır"
Vacib qalibiyyət əldə etdik. Azlıqda qalanda komandanın xarakteri üzə çıxır.
Adalet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının XXIII turunun oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis futbolçularını təbrik edib:
“Oyunçular uduzmaq istəmirdilər. Yaxşı və baxımlı matç alınıb. “Neftçi”yə uğurlar arzulayıram”.
O, Kevin Medinanın qırmızı vərəqə alması barədə də danışıb:
“Bu cür qarşılaşmalarda sərt hərəkət etmək olmaz. Fanatlar da nalayiq ifadələr işlədib, bu da təsir edib. Hamı fikirləşməlidir ki, futbol kollektiv oyunudur. Futbolun digər gözəlliyi də budur. 10 nəfərlə qalibiyyət əldə etdik”.
Digər Xəbərlər
18 Sentyabr 2026 18:48
“Onları “Real”a gətirmək istərdim” - Mbappe
18 Sentyabr 2026 17:55
Türkiyə millisinin heyəti açıqlandı
18 Sentyabr 2026 15:35
FIFA Qavinin cəzası ilə bağlı qərar verdi
18 Sentyabr 2026 10:12
“Neftçi” “Qəbələ”yə, “Qarabağ” “Şəfa”ya qarşı
18 Sentyabr 2026 10:09
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
18 Sentyabr 2026 09:21
Avropa Liqası: "Beşiktaş" qələbə qazandı - VİDEO
17 Sentyabr 2026 11:24
Formula 1 gələn il Türkiyədə bu tarixdə baş tutacaq
17 Sentyabr 2026 09:11


Bakı -°C

