Qusarda qadın əri tərəfindən öldürüldü - YENİLƏNİB
Qusarda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Qusar rayon prokurorluğundan Adalet.az-a verilən məlumata görə, dekabrın 16-da rayon sakini Diana Təyibovanın öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı rayonun Hil kənd sakini Asif Təyibovun Diana Təyibovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
A.Təyibov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
*** 10:40
Qusar rayonunda qətl hadisəsi baş verib.
Adalet.az xəbər verirm ki, hadisə dekabrın 16-da səhər saatlarında rayonun Hil kəndinin ərazisində qeydə alınıb.
Evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər
31 Oktyabr 2026 12:15
Beynəlxalq axtarışda olan şəxs tutularaq Azərbaycana gətirildi
30 Oktyabr 2026 15:31
Bakıda hüquqi yardım göstərmək adı altında 54 min manatlıq dələduzluq
30 Oktyabr 2026 12:51
Hicaba görə məktəb binasını yandırmağa cəhd edənlər həbs olundu
30 Oktyabr 2026 11:11
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs edildi
29 Oktyabr 2026 21:36
Axtarışda olan şəxs Albaniyadan Azərbaycana ekstradisiya edildi
29 Oktyabr 2026 11:18
DTX-nin əməliyyatı ilə saxlanılan 8 nəfərə hökm oxundu
27 Oktyabr 2026 17:53
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
27 Oktyabr 2026 17:02


Bakı -°C

